Icma.az
close
up
RU
“Siyəzənneft”in işçiləri rəhbərlikdən şikayətçidir PREZİDENTƏ MÜRACİƏT

“Siyəzənneft”in işçiləri rəhbərlikdən şikayətçidir PREZİDENTƏ MÜRACİƏT

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İdarənin vəziyyəti hər gün pisləşir, bu da işçilərin psixologiyasına mənfi təsir göstərir”

“Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin işçisi Əliyev Zamiq Qüdrət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

“Siyəzənneft” NQÇİ-nin rəisi Rauf Alməmmədov idarəyə təyin olunandan bizim işlədiyimiz Ataçay sahəsinin bağlanılması üçün tədbirlər görür.

R.Alməmmədov idarəyə təyin olunandan bəri sahələrin inkişafı, perspektivin artması, işçilərə yüksək motivasiya verilməsi, stressin azaldılması və s. ilə əlaqədar heç bir müsbət addım atılmayıb. Məqsəd sadəcə işin gedişatına əngəl olmaq, işçilərin motivasiyasını aşağı salmaq, işçi ilə rəhbər arasında gərginliyi artırmaq olmuşdur.

Xatırladım ki, bizim sahə sutkalıq neft tələbatını lazımi qaydada ödəmək qabiliyyətindədir. Üstəlik, sahənin “Siyəzənneft”ə hansısa ziyanı yoxdur. Lakin, əfsusalar olsun ki, hər dəfə rəhbər şəxs bizim sahənin bağlanmasını gündəmə gətirməklə, dövlətə böyük xeyir verəcəyini düşünür. Bu minvalla idarənin başqa sahələrini də bağlamaq, ləğv etmək üçün özündə bir cəsarət eldə etmiş olur.

Hörmətli Prezident!

Rauf Alməmmədov Bu cür gediş etməklə rəhbər şəxslərdən “bərəkallah” eşidəcəyini, mükafat əldə edəcəyini düşünür və bu da ona stimul verir. Halbuki, o, idarəyə ilk təyin olunanda mənə yazmışdı ki, "Mən işçilərin rifahının yüksəldilməsi üçün çalışıram". Halbuki, bu cür mənfi siyasət və qara düşüncə ilə işçinin rifahının yüksəldilməsi münkün deyil. Çünkü bu davranış birbaşa ümumilikdə idarənin məhv edilməsinə, işçilərin sayının azaldılmasına, maddi-sosial vəziyyətin daha da pisləşməsinə gətirib çıxarır. Bu da kütləvi narazılığa, dövlətin siyasətinin kölgə altına salınmasına və dövlətə qarşı təxribata səbəb olur.

Cənab Prezident!

Sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlara tapşırıq verin. Bu sahənin bağlanılması üçün Rauf Alməmmədov əlindən gələni edir. Rəhbər şəxs idarənin irəli getməsi, işçilərin inkişaf etdirilməsi, hasilatın artırılması, özünün dediyi kimi, işçinin rifahının yüksəldilməsi üçün cəhd etməlidir. Lakin bu adam tam əksini nümayiş etdirir.

Onu da deyim ki, idarənin vəziyyəti hər gün pisləşir, bu da işçilərin psixologiyasına mənfi təsir göstərir. İşçilərdə  psixoemosianal gərginlik yaradılır. Bunun səbəbi də yarıtmaz idarəetmə və səriştəsiz kadırlardır.

Hörmətli Prezident!

Sizdən xahiş edirəm ki, “Siyəzənneft"in xeyri üçün qərarlar verilməsi, bizim hazırda işlədiyimiz Ataçay sahəsinin qorunub saxlanılması üçün idarə rəisi Rauf Alməmmədova göstəriş verəsiniz. Bizim istədiyimiz odur ki, R.Alməmmədov dövlətə qarşı təxribata son qoysun”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları çəkilən şəxlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Noyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri