Icma.az
close
up
RU
Qusar və Quba rayonlarında sürüşmə və sel hadisələrinin nəticələri araşdırılıb

Qusar və Quba rayonlarında sürüşmə və sel hadisələrinin nəticələri araşdırılıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Geomorfologiya və paleocoğrafiya və Landşaftşünaslıq və landşaft planlaşdırılması laboratoriyalarının əməkdaşları intensiv yağıntıların səbəb olduğu sürüşmə və sel hadisələrinin nəticələrini araşdırmaq məqsədilə Qusar və Quba rayonlarına ezam olunublar.

İnstitutun elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazər AZƏRTAC-a açıqlamasında bildirib ki, aparılan tədqiqatlar nəticəsində Cağar, Kuzun, Gicanoba, Əcəxur, Laza və digər kəndlərdə genişmiqyaslı sürüşmələr aşkar edilib. Təxminən 400 nəfər əhalisi olan Cağar kəndində sürüşmə sahəsi yaşayış evlərinə qədər yaxınlaşıb, bir ev üçün ciddi təhlükə yaradıb. Ərazidə dərinliyi 1,5 m-dən artıq olan çatlar qeydə alınıb. Sürüşmə prosesi hazırda da aktivdir. Həmin kənddə baş vermiş uçqun isə yerli sakinin həyətyanı sahəsinə ziyanvurma təhlükəsi yaradır. Kuzun, Gicanoba və Əcəxur kəndlərində bir neçə yaşayış evi sürüşmə təhlükəli zonada yerləşir. Laza kəndinə gedən avtomobil yolu zədələnib, asfalt örtüyü dağıdıb. Həmçinin Piral və Yasab kəndlərini birləşdirən, 21 yaşayış məntəqəsinə xidmət göstərən yol da dağıntıya məruz qalıb. Yuxarı Tahircal, Yuxarı Qələnxur, Aşağı Qələnxur və Zuxul kəndlərinin yolları sürüşmələr nəticəsində zədələnib, Zindanmuruq və Çətkin kəndlərində isə çınqıl yollar ciddi zərər görüb. Şahdağ istiqamətində gedən avtomobil yolunda iki aktiv sürüşmə ocağı müşahidə olunur.

Qusar rayonunun Kuzun, Əniğ, Xuray, Cağar, Çətkin, Hik, Mucuq, Yuxarı Tahircal və Zuxul kəndlərinin daxili yolları sel suları tərəfindən yuyularaq yararsız hala düşüb. Suvacal, Gündüzqala, Əniğ və Mucuq kəndlərindəki körpülər istifadəyə yararsız vəziyyətdədir.

Daha sonra Quba rayonunda yerləşən Quba–Qonaqkənd avtomobil yolunda monitorinq aparılıb. Uzunluğu 46 kilometr olan bu yol 3 və 4-cü texniki kateqoriyalara aid olub, 25 yaşayış məntəqəsini birləşdirir və burada 11 mindən çox əhali yaşayır. Güclü və intensiv yağıntılar çoxsaylı və iri həcmli sürüşmələrin inkişafına səbəb olub.

Qeyd edilib ki, bu regionda təhlükəli ekzodinamik proseslərin inkişafı üçün bütün təbii şərait mövcuddur. Quba–Qusar zonasında müasir sürüşmə, sürüşmə-uçqun və uçqun mənşəli relyef formalarının yaranması neotektonik hərəkətlərin diferensial xarakteri və gil tərkibli süxurların üstünlük təşkil etməsi ilə bağlıdır.

“Yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, sürüşmələrin geniş yayılması əhəngdaşları, gil, qumdaşı və gil şistlərinin mövcudluğu, mürəkkəb tektonik quruluş, süxurların yüksək çatlılığı, aktiv qırılma və üstəgəlmələrin inkişafı, bol atmosfer yağıntıları və ərazinin seysmikliyi ilə bağlıdır. Ən geniş yayılmış proseslər sürüşmələr və sürüşmə-axın (işqınlar) formalarıdır. Əksər sürüşmələr Böyük Qafqazın Baş silsiləsinin şimal yamaclarına və struktur-eroziya dağlarının yamaclarına aiddir. Bu, həmin yamacları təşkil edən gil və əhəngdaşı tərkibli süxurların laylanması ilə izah olunur”, - deyə S.Tarixazər bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri