Icma.az
close
up
RU
Qusar xəstəxanası əsaslı təmir olundu FOTO

Qusar xəstəxanası əsaslı təmir olundu FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qusar Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin dəyişməsindən sonra tibb müəssisəsində genişmiqyaslı cari və əsaslı təmir, eləcə də yenidənqurma işləri həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində xəstəxananın maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, xidmət keyfiyyəti yüksəldilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, infrastrukturun yaxşılaşdırılması istiqamətində
mühüm addımlar atılıb. Uzun illərdir mövcud olan 3 istilik qazanından 1-i qəzalı vəziyyətdə olduğundan müəssisədə isti su təminatında problemlər yaşanırdı. Hazırda hər üç qazan təmir olunaraq istismara verilib və xəstəxana tam şəkildə isti su ilə təmin edilib. Nasosxanada fəaliyyət göstərən hər iki mühərrik təmir edilib, müəssisənin isti və soyuq su təminatı bərpa olunub.
 

Müəssisənin mətbəxində olan 8 ədəd elektrik peçindən yalnız 1-i işlək vəziyyətdə idi. Aparılmış təmir işlərindən sonra bütün avadanlıqlar tam funksional vəziyyətə gətirilib. Çamaşırxanada mövcud 3 yuyucu maşından 2-si (24 kq və 32 kq tutumlu) təmir edilərək yenidən istifadəyə verilib. Havalandırma sistemi qismən işlək vəziyyətə gətirilmiş, kondisioner sistemində mövcud olan 34 blokdan 26-sı cari təmirdən sonra istismara yararlı hala salınıb.


Tibbi avadanlıqların təkmilləşdirilməsi istiqamətində də mühüm işlər görülüb. 1 ədəd narkoz aparatı əsaslı, 2 ədəd isə cari təmir olunub, 2 ədəd küvez istifadəyə yararlı vəziyyətə gətirilib. Generatora texniki qulluq göstərilmiş, yağ, hava və yanacaq filtrləri yenilənib, 154 litr yağ və 220 litr antifriz dəyişdirilib. Hazırda generator tam saz vəziyyətdədir.
Tikili və avadanlıqların cari təmiri məqsədilə satınalma proseduru həyata keçirilib, müvafiq tender keçirilərək müqavilənin bağlanmasına razılıq verilib. Müqaviləyə əsasən, xəstəxananın Təcili yardım (Acil) şöbəsində 220 m² sahədə antibakterial linoleum örtüyü yenilənib. Akt zalı tam şəkildə sökülərək əsaslı təmir olunmuş, döşəmə, divar və tavan örtükləri yenilənib, həmçinin 104 ədəd kreslonun üzlükləri dəyişdirilib.
Rayonun təcili tibbi yardım xidmətinə olan ehtiyacı nəzərə alınaraq TƏBİB rəhbərliyinə müraciət edilib və nəticədə 2 ədəd İVECO markalı, sıfır kilometr reanimobil “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin Qusar rayon stansiyasının istifadəsinə verilib. Eyni zamanda 2 anestezioloq-reanimatoloq işə qəbul edilmiş və müəssisədə 7/24 saat fəaliyyət göstərən reanimasiya xidməti təşkil olunub.
Əməkdaşların, xüsusilə həkim heyətinin iş prosesinin elektronlaşdırılması məqsədilə 40 ədəd yeni nəsil kompüter dəsti alınıb. Bundan əlavə, oynaqdəyişmə (protezləşmə) əməliyyatlarının icrası üçün ayrıca əməliyyatxananın ayrılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Həyata keçirilən yeniliklər rayon əhalisinə göstərilən tibbi xidmətlərin əlçatanlığının və operativliyinin yüksəldilməsinə xidmət edir. Qarşıdakı dövrdə də xəstəxananın fəaliyyətinin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Fevralın 2-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Qusar Rayon
Mərkəzi Xəstəxanasında görülmüş təmir və yenidənqurma işləri ilə yerində tanış olub, xəstəxana əməkdaşları və xidmət göstərilən sakinlərlə həmsöhbət olub. İcra başçısı xəstəxananın rəhbərliyinə görülmüş işlərə görə təşəkkürünü bildirib, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətli, operativ və əlçatan olmasının vacibliyini vurğulayıb.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:513
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Fevral 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri