Qusarda 63 yaşlı qadın bələdiyyə sədrindən vəzifəli şəxslərə şikayətə görə məhkum edildi
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova 1962-ci il təvəllüdlü Gülnarə Muradxanovaya qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıraraq, sonda onun məhkum edilməsinə nail olub. Qusar Rayon Məhkəməsinin hökmü ilə 63 yaşlı qadın Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinib və aylıq qazancından dövlət nəfinə 10 faiz pul tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Elnarə Ayıbova iddia ərizəsində göstərib ki, Prezidentə, Baş nazirə, Ədliyyə nazirinə, Baş prokurora və s. vəzifəli şəxslərə ünvanladığı müraciəti “Nuh” saytında yayıb. Həmin müraciətdə onu müxtəlif qanunsuz əməllərdə - pul müqabilində saxta sənədlər verməkdə, vətəndaşlara hədə-qorxu gəlməkdə, bələdiyyəni borc içində batırmaqda, tüfeyli həyat tərzi keçirməkdə və s. ittiham edib. Qeyd edib ki, qanunsuz əməllər hesabına ev, maşın, başqa əmlaklar əldə edib.
Bələdiyyə sədri vətəndaşın ona böhtan atdığını, işgüzar nüfuzuna zərbə vurduğunu desə də, Gülnarə Muradxanova onunla razılaşmır. O, bildirib ki, vətəndaş olaraq, dövlət orqanlarına şikayət göndərib. Bu da onun hüququdur. Onun sözlərinə görə, “Nuh” saytında yazılanlardan xəbəri yoxdur.
Aytən, Bizimyol.info
Baxış sayı:108
Bu xəbər 02 Avqust 2025 03:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















