Icma.az
close
up
RU
Qusarda dağ velosipedi idman növünə maraq artır MÜSAHİBƏ

Qusarda dağ velosipedi idman növünə maraq artır MÜSAHİBƏ

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yəqin ki, son zamanlar şəhərdə artan velospied sürənləri hamınız görmüsünüz. Yeni zolaqların çəkilməsi, velosipedə marağın artırılması istiqamətində maarifləndirici işlərin çoxalması bu nəqliyyat növünə həvəsi də artırıb. Bir də kənd yerlərini təsəvvür edin, kələ-kötür yollar, velosiped sürmək üçün çətin relyeflər. Amma buna baxmayaraq, bir kənd var ki, yeniyetmələr və gənclər arasında velosipedə, hətta dağ velosipedi idman növünə maraq olduqca artıb. Bu gün həmin kənddən və orada velosipedə marağı artıran şəxsi sizə təqdim etmək istəyirik. Söhbət Qusarın Əniq kəndindən və Elsevər Xəlilovdan gedir. O Xəlilovdan ki, kənddə velosipedə, dağ velosipedi idman növünə marağın artmasında böyük əməyi var. Kənddə uşaqlar, yeniyetmələrdə bu idman növünə marağı necə artırmasından, gələcək planlardan tutmuş, velosipedin faydalarına qədər  söhbət etmişik.
Demokrat.az  müsahibəni sizə təqdim edir:  

- Velosiped idman növü elə bir idmandır ki, bizim ölkədə, əsasən də rayon və kənd yerlərində bu idmana maraq tarix boyu elə də çox olmayıb. Nəzərə alsaq ki, siz də Qusarın balaca kəndlərindən birində doğulub, boya-başa çatmasınız, maraqlıdı haradan yarandı bu idmana maraq?
-
 Uşaqlıqdan mənim velosipedə, idmana təbiətə çox həvəsim olub. Elə uşaqlıqdan, hətta dağ üçün nəzərdə tutulmayan velosipedlərlə biz qaldırdıq dağlara. Özüm  hazırda Şahdağa yaxın yerləşən Əniq kəndindənəm, Və biz uşaqlıqda velosiped sürəndə də, elə biraz dik yerlərə əlimizlə qaldırırdıq velosipedləri və ordan aşağı velosiped sürürdük. Elə o vaxtlardan mən də dağ velosipedi idman növünə maraq yaranmışdı və zaman keçdikcə özümü bu istiqamətdə daha da inkişaf elətdirməyə başladım, və hazırda bu idman növü üzrə müəllim və mütəxəssisəm. Çalışıram ki, Qusar rayonunda, kəndlərdə də bu idman növünə marağı artırım, gənclər, yeniyetmələr dağ velosipedi idman növünü sevsinlər. Bunun üçün əlimdən nə gəlirsə edirəm, etmişəm və edəcəm.
 - Neçə yaşınızdan dağ velosipedi idmanına marağınız yaranıb?                                        
- Orta məktəb illərindən, 12-13 yaşımdan bu idman növünə marağım var. Hazırda 28 yaşım var. Və bu hobbim, bu həvəs artıq bir peşəyə çevrilib. Mən həm bu idman növünü sevirəm və hazırda özümün sevdiyim işimlə məşğulam. Dünyada bundan gözəl şey yoxdur. Yəni  insan öz sevdiyi işlə məşğuldursa o dünyanın ən xoşbəxt insanlarındandı. Dörd il bundan əvvəl bu işdə dostum işləyirdi, o məndə bu həvəsi, istəyi görürdü. Elə oldu ki, o öz işini dəyişməli olduğundan burdakı işini mənə təklif etdi, mən də bu işi sevə-sevə qəbul etdim. Bu təklif də tam mənim ürəyimcə oldu. Çünki, bu iş tək tur deyil, bu həm də sağlamlıqdır. Kim ki, təbiəti, sağlamlığı sevir, onlar mütləq bu idman növündən istifadə etməli, bununla məşğul olmalıdır.    

 -Kənd yerində, məsələn, sizin kənddə bu idman növünə maraq necədir? 
- Velosipedə maraq getdikcə çoxalır, demək olar ki, kənddə uşaqların hamısında velosiped var. Bu çox sevindirici bir haldır. Mən daim müşahidə aparıram, baxıram ki, hər gün velosipedə, dağ velosipedi idman növünə uşaqlar arasında maraq, həvəs çoxalır. Onlar məndən məsləhət, tövsiyyə alır. Bu məni çox sevindirir. Ona görə ki, hiss edirəm ki, bu idman növünün gələcəyi var, inkişafı var.            
 - Bəs kənddəki uşaqlar arasında bu idman növü ilə məşğul olanların artmasında sizin rolunuz nə qədərdir?
-Belə deyim də, mən tur aparanda bizim kənd tərəfdən keçirik. Və küçələrdə olan uşaqlar bizim turumuz ordan keçən zaman bunu görürlər, təbii ki, istər-istəməz bu onlarda xoş təəssürat, motivasiya yaratmış olur. Və çox güman ki, bu amillər onların dağ velosipedi idmanı ilə məşğul olmalarına kifayət qədər müsbət təsir edir. Turu görən uşaqlarda dağ velosipedi idman növü ilə məşğul olmaları üçün həvəs yaranır.
   -Hər bir idmançıda müəyyən məqsəd olur. Bəs sizin bu idman növündə ən ali məqsədiniz nədir?   

-Mənim ən ali məqsədim uşaqların vaxtını səmərəli keçirməsi, telefona çox aludə olmamaları, virtual həyata çox meyl etməmələri, pis vərdişlərdən uzaq olmalarıdır. Bu idman növü hazırda Qusar rayonunda var. Amma, mən istərdim ki, bu idman növü başqa bölgələrdə də inkişaf etsin. Bax elə bizim bu saat ən ümdə vəzifəmiz də budur.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 İyul 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri