Icma.az
close
up
RU
Qusarda Aqrar Festival

Qusarda Aqrar Festival

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatında innovasiyaların təşviqi, fermerlərin müasir kənd təsərrüfatı texnologiyalarına çıxış imkanlarının artırılması və keyfiyyətli toxum bazarının formalaşdırılması məqsədi daşıyan növbəti festival Qusar rayonunda keçirilib.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində, həmçinin toxum sərgi-satış yarmarkası təşkil olunub. Yarmarkada Quba-Xaçmaz iqtisadi rayonunu təmsil edən fermerlər, həmçinin toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər öz məhsullarını təqdim ediblər. Burada müxtəlif kənd təsərrüfatı bitkilərinə aid yüksək məhsuldarlığı və iqlimə uyğunluğu ilə seçilən yeni toxum sortları da nümayiş olunub.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toxum yarmarkasında qurulan xüsusi stenddə müxtəlif bölgələrin iqlim şəraitinə uyğun sertifikatlaşdırılmış toxum nümunələri nümayiş etdirilib. Mütəxəssislər fermerlərə “Xəzri”, “Yubiley 90”, “Ləyaqətli 80”, “Mətin”, “Alekseiç”, “Tigre”, “Cesare”, “Maurizio”, “Gadio” yumşaq buğda və “Dəyanətli”, “Sadiq”, “Manava”, “Finola” arpa sortlarının istifadəsini tövsiyə ediblər.

Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasının açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahid Fərəməzov bölgənin kənd təsərrüfatı potensialından danışaraq belə toplantılarn yerli istehsalçıların tanıdılması və bazara çıxış imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynadığını bildirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə qeyd edib ki, aqrar biznes festivalları regionlarda kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırır, fermerlərlə bazar iştirakçıları arasında qarşılıqlı əməkdaşlığa şərait yaradır və yerli toxumçuluq bazarının formalaşmasına töhfə verir.

Azərbaycan Meyvə, Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova çıxışında dövlət dəstəyinin sahibkarlığın inkişafında yaratdığı imkanları xüsusi vurğulayıb. O, bu tədbirlərin qadın sahibkarların əməkdaşlığının genişləndirilməsi, istehsal həcmlərinin artırılması və yeni bazarlara çıxış baxımından önəmli platforma rolunu oynadığını diqqətə çatdırıb.

Festival çərçivəsində bölgənin kənd təsərrüfatı ənənələrini özündə ehtiva edən məhsullar nümayiş olunub. Fermerlər tərəfindən yetişdirilən təzə və orqanik meyvə-tərəvəz məhsulları, süd və süd məhsulları ziyarətçilərə təqdim edilib. Tədbir həm yerli istehsalçılar üçün satış imkanları yaradıb, həm də regionun kənd həyatının zənginliyini əks etdirib.

Festival zamanı 10-a yaxın bank və bank olmayan kredit təşkilatının iştirakı ilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kredit əməkdaşlığı barədə məsləhət və tövsiyələr veriblər. Eyni zamanda, fermerlər mövcud təsərrüfatlarına və planlarına uyğun olaraq götürə biləcəkləri kreditlərin maksimal həcmi barədə məlumatlandırılıblar.

Festival çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin inzibati binasında “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də təşkil olunub. Burada fermerlərə subsidiya və güzəşt mexanizmləri, dövlət proqramları, aqrar sığorta, təlim və texniki dəstək imkanları haqqında ətraflı məlumat verilib. Mütəxəssislər praktiki tövsiyələr səsləndirərək mövcud imkanlardan daha səmərəli istifadə yollarını bölüşüblər.

M.YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri