Qusarda istismara yararsız elektrik xətləri nə vaxt YENİLƏNƏCƏK? FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qusarda istismara yararsız elektrik xətlərinin yenilənməsinə ciddi ehtiyac var. Kənddaxili yolllara asfalt çəkilməməsi, yeni salınan yaşayış massivinin qazlaşdırılmaması, içməli suyun çatışmaması və s. problemlər bizi çox narahat edir".
Bizim.Media xəbər verir ki, bu məsələlər Qusar rayon icra başçısı Sahir Məmmədxanovun Qalacıq kəndində keçirilən səyyar qəbulunda qaldırılıb. İcra başçısı səslənən problemlərin həll olunması üçün mərkəzi qurumlar qarşısında məsələ qaldırılacağını deyib.
Qalacıq kənd tam orta məktəbində keçirilən səyyar qəbulda Sahir Məmmədxanov məktəb binasının vəziyyəti, təhsilin keyfiyyəti, kollektivi narahat edən problemlərlə də yerindən tanış olub. Qeyd edək ki, səyyar qəbuldan əvvəl Qalacıq kəndindən olan Qarabağ şəhidi Xakif Şıxcamalovun məzarı ziyarət olunub,məzarı önünə tər güllər qoyulub.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Baxış sayı:116
Bu xəbər 08 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















