Icma.az
close
up
RU
Quşlar eyni anda iki mühərrikə girə biməz Ekspert KONKRET

Quşlar eyni anda iki mühərrikə girə biməz Ekspert KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Uçuşdan əvvəl ekipaj əvvəlcədən alternativ aerodromları nəzərdən keçirir. Yanacağın miqdarı, hava şəraiti, sərhədləri keçmək zərurəti və digər parametrlər hesablanır. Çox güman ki, onlar Aktaunu alternativ hava limanlarından biri kimi planlaşdırıblar. Bu baxımdan ekipaj çox güman ki, normal hərəkət edib.

KONKRET.az xəbər verir ki, bunu qazaxıstanlı aviasiya eksperti Serik Muxtıbayev “Orda” nəşrinə Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib.

“Təyyarədən çəkilən videoda oksigen maskalarının düşdüyünü müşahidə etdim. Bu, texniki bir şeyin baş verdiyini göstərə bilər. Maskalar adətən dehermetizasiya zamanı və ya digər fövqəladə hallarda sərnişinlərin oksigenlə təmin edilməsi lazım olduqda düşür. Təyyarə transponderdən istifadə edərək siqnal göndərir və onun köməyi ilə hərəkət izlənir. Əgər onun siqnalı itibsə, bu o deməkdir ki, elektrik kəsilə və ya başqa bir şey baş vermiş ola bilər. Bəlkə də pilotlar mühərriki yenidən işə salmağa çalışırıblar və bunun üçün bütün təyyarənin enerjisini kəsiblər. Çoxlu fərziyyələr ola bilər. Amma bütün bunlara, nəhayət, istintaq zamanı aydınlıq gələcək”, – ekspert bildirib.

Onun sözlərinə görə, görünür təyyarə stabil uçmayıb və pilotlar da səviyyəni düzəltmək istəyiblər:

“Onlar yerə enmək üçün uçuş-enmə zolağına dönməyə çalışırdılar, lakin böyük tanqajla (təyyarələrin yan oxu ətrafındakı hərəkəti – red.) toqquşmaya səbəb oldular. Buna bir çox amillər təsir edə bilərdi. Məsələn, bəzi texniki problemlər üzündən təyyarəni idarə edə bilməmək. Pilotlar kamikadze deyil, onlar ilk növbədə özlərini və sərnişinlərini xilas edirlər. Məncə, onlar təyyarəni mümkün qədər təhlükəsiz yerə endirmək üçün əllərindən gələni etdilər. Amma hər şey başqa cür oldu”.

Muxtıbayev bildirib ki, quşların eyni anda iki mühərrikə girməsi çətindir:

“Bir mühərriklə uçuşa davam etmək mümkündür. Adətən quşlarla toqquşma qalxma və eniş zamanı baş verir. Hündürlük əldə etdikdən sonra bu, quşların kütləvi miqrasiyası zamanı baş verə bilər. İndi qışdır, miqrasiya da yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Dekabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see257

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see224

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see215

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see202

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see196

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see194

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see193

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see192

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see189

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see189

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see187

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see185

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see182

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see178

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see177

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see175

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see171

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see168

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see168

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri