Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BMT Baş katibi Antonio Quterreş dünya liderlərini nüvə silahsızlanmasına nail olmaq üçün təcili hərəkətə keçməyə çağırıb.
Bizim.Media bu barədə TASS-a istinadla xəbər verir.
“Çox gec olmadan: gəlin nüvə silahı ətrafındakı kollektiv amneziyaya qalib gələk. Birlikdə olduğumuz zaman nələrə nail ola biləcəyimizə olan inamımızı yeniləyək. Bəşəriyyətin üzərini kəsdirən bu buludları dağıtmaq üçün təcili hərəkətə keçək”, — deyə Quterreş Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) icrasına dair 11-ci baxış konfransının açılışında bildirib.
BMT Baş katibi xəbərdarlıq edib ki, onilliklər ərzində ilk dəfə olaraq dünyada nüvə başlıqlarının sayı artmağa başlayıb, bir sıra hökumətlər nüvə silahı əldə etməyi açıq şəkildə müzakirə edir və qlobal hərbi xərclər 2,7 trilyon dollara çatıb.
Aprelin 27-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında NSYM-in icrasına dair 11-ci icmal konfransı işə başlayıb. Beş ildən bir keçirilən bu konfransda müqaviləyə üzv olan demək olar ki, bütün ölkələr (191 dövlət) iştirak edir. Məqsəd NSYM-in üç əsas istiqamət üzrə — yayılmama, nüvə tərksilahı və atom enerjisindən dinc məqsədlərlə istifadə — necə yerinə yetirildiyini qiymətləndirməkdir.
Konfrans mayın 22-dək davam edəcək.
Bizim.Media
Baxış sayı:188
Bu xəbər 27 Aprel 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















