Icma.az
close
up
RU
Şirkətlər populyarlıq naminə necə risk edir?

Şirkətlər populyarlıq naminə necə risk edir?

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şirkəti, onun hansısa layihəsini diqqət mərkəzinə gətirəndə, mediada və sosial şəbəkələrdə viral olanda həmişə sual vermək lazımdır: bu diqqət şirkətinizə nə gətirdi və nəyin bahasına başa gəldi?...

Müasir kommunikasiya dünyasında şirkətlər görünürlük uğrunda yarışırlar. Bəzən bu yarışda bir məqam unudulur – hamının diqqətini cəlb etmək mümkündür, amma hamının etimadını qazanmaq mümkün deyil. Üstəlik, bir auditoriyanın alqışı digərinin narazılığına çevrilə bilər.

Şirkətin işi hamının xoşuna gəlmək deyil

Reputasiya haqqında danışanda tez-tez yanlış təsəvvür yaranır ki, guya yaxşı reputasiyalı şirkət hamı tərəfindən bəyənilməlidir. Bu, nə mümkündür, nə də ki, lazım.

Şirkətin fəaliyyətinə təsir edən və onun fəaliyyətindən təsirlənən müxtəlif qruplar var: onları paydaş, maraqlı tərəflər adlandırırıq. Bura müştərilər, işçilər, tərəfdaşlar, investorlar, dövlət qurumları və cəmiyyətin əlaqəli qrupları daxildir. Bu qrupların gözləntiləri eyni deyil. Bəzən hətta bir-birinə zidd olur. Deməli, reputasiya hamının razılığını almaq deyil. Şirkətin strateji əhəmiyyət daşıyan auditoriyalar qarşısında etibarlı mövqe formalaşdırmaqdır.

Alqoritmin sevdiyi, müştərinin sevmədiyi şirkət

Sosial şəbəkə alqoritmləri diqqət və qarşılıqlı əlaqə yaradan məzmunu önə çıxarır. Mübahisə, təəccüb, qəzəb və istehza da bu qarşılıqlı əlaqəyə daxildir. Buna görə paylaşımın çox yayılması onun müsbət qarşılandığını göstərmir.

Siqnal nəzəriyyəsinə görə, ("Signaling Theory”) şirkətin hər bir ictimai davranışı onun dəyərləri, münasibəti və kimliyi haqqında auditoriyaya siqnal ötürür. Şirkət bir mesajla məhsulunu tanıtmaq istəyə bilər, amma auditoriya həmin mesajdan əlavə onun insanlara münasibəti barədə əlavə nəticələr çıxara bilər.

"Almond” reputasiyasının dondurma talehi

Bir neçə ay əvvəl "Almond Cake & Bakery”nin Taleh Yüzbəyovun iştirakı ilə hazırladığı dondurma reklamı buna nümunə ola bilər. Məhsulun təbiiliyini vurğulamaq üçün estetik prosedur etdirən qadınlar qeyri-təbii qatqıları olan, reklamda "süni” adlandırılan dondurmalarla müqayisə edilmişdi. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu seksist və alçaldıcı təqdimat kimi qiymətləndirdi. Şirkət tənqidlərdən sonra reklamın yayımını dayandırdı, tam versiyanı səhifəsindən sildi və yaranan narahatlığa görə üzr istədi.

Amma reklamın müəllifi və iştirakçısı Taleh Yüzbəyov tənqidçilərlə razılaşmadı, öz mövqeyini müdafiə etdi və videonun reklamsız variantını şəxsi səhifəsində yenidən paylaşdı. Beləliklə, şirkətin geri çəkildiyi kommunikasiya mövqeyi reklamın müəllifi tərəfindən davam etdirildi.

Bu hadisə bir neçə vacib sual doğurur: Şirkət reklamın ideyasını təsdiqləyərkən onun müxtəlif auditoriyalar tərəfindən necə qəbul ediləcəyini nə dərəcədə qiymətləndirmişdi? Öz müştəriləri arasında neçə faiz estetik korreksiya etdirən qadın olduğunu araşdırmışdımı? Reklam müəllifinin şəxsi mövqeyi ilə sifarişçi brendin mövqeyi harada ayrılır? Şirkət üzr istədikdən sonra öz kommunikasiya tərəfdaşının fərqli mövqeyi brendin reputasiyasına necə təsir edir?

Reklamın viral dalğası ilə satışlar həmin vaxt yüksələ də bilər. Amma böhran sonrası kommunikasiya düzgün qurulmasa həm satış, həm reputasiya dondurma kimi əriyə də bilər. 

Reputasiya səsvermə deyil

Bəs şirkət mübahisəli mövqe tutmamalıdırmı? Əlbəttə, tuta bilər. Hətta bəzi hallarda fərqli mövqe brendi rəqiblərindən ayırır, konkret auditoriya ilə daha güclü bağ yaradır. Hər tənqid reputasiya itkisi deyil. Bəzən şirkətin prinsipial mövqeyi hamının xoşuna gəlməsə də, onun əsas müştəriləri və tərəfdaşları tərəfindən dəstəklənir. Problem mübahisə yaratmaqda deyil, mübahisənin hansı auditoriya ilə və hansı məqsədlə yaradıldığını bilməməkdədir.

Şirkət rəhbərliyi hər kampaniyadan əvvəl üç suala cavab verməlidir: 1) Bu mesaj kimə ünvanlanır? 2) Hansı auditoriyanın narazılığı bizim üçün real reputasiya və biznes riski yarada bilər? 3) Diqqət çəkmək naminə hansı dəyərlərimizi riskə atırıq?

Alqışın da ünvanı var

Sosial şəbəkədə çox bəyənilmək şirkətin uğuru ola bilər. Amma bu rəğbətin kimlər tərəfindən və hansı səbəbdən təmin olunduğunu bilmədən ona reputasiya qazancı demək olmaz. Rəhbərlik üçün əsas göstərici paylaşımın neçə nəfərə çatması deyil, onun şirkətin strateji maraqlarına uyğun olan auditoriyalarla münasibətinə nə qatmasıdır. Çünki şirkət dondurma deyil ki, hamının xoşuna gəlsin. Amma səhv auditoriyanın alqışını öz uğuru hesab edərsə, doğru auditoriyanın etimadını itirə bilər.

Vüqar Baba – Strateji kommunikasiya eksperti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 24 Noyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri