Quterreş: Kipr sammiti iştirakçıları bufer zonada dörd NBM i açmağa razılaşıb
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, kiprli türklərin lideri Ersin Tatar və Kipr Respublikasının Prezidenti Nikos Xristodulidis qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş bir sıra təşəbbüslər barədə razılığa gəliblər. Bunlara dörd NBM-in açılması, bufer zonanın minalardan təmizlənməsi üzrə səylərin artırılması, gənclər, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər, eləcə də qəbiristanlıqların bərpası üzrə texniki komitənin yaradılması daxildir.
“Biz iyulun sonunda bu formatda görüşün keçirilməsi barədə razılığa gəldik və mən növbəti addımları hazırlamaq üçün şəxsi nümayəndə təyin edəcəyəm”, - Baş katib əlavə edib.
Sammitdə təşkilati və vasitəçilik rolunu oynayan BMT Baş katibi və iki lider ilə yanaşı, Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis, Türkiyənin xarici işlər naziri Hakan Fidan, eləcə də məsuliyyət sahəsinə Avropa, Şimali Amerika və Birləşmiş Krallığın dənizaşırı əraziləri daxil olan Böyük Britaniya xarici işlər nazirinin müavini Stiven Doti də qatılıb.
Baxış sayı:101
Bu xəbər 18 Mart 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















