Quterreşin Sergey Lavrovla görüşəcəyi TARİX açıqlandı
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
BMT-nin Baş katibi Antonio Quterreş sentyabrın 24-də, cümə axşamı günü Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Düjarrik müvafiq suala cavab olaraq qısaca “Cümə axşamı”, – deyə bildirib.
Görüş Nyu-Yorkda, BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutmalıdır.
Xatırladaq ki, bir gün əvvəl Quterreş Təşkilatın münaqişələrin nizamlanmasında iştirak etmək üçün zəruri olan təsir rıçaqlarına və mexanizmlərinə malik olmadığını etiraf etmişdi.
Bizim.Media
Baxış sayı:156
Bu xəbər 21 Sentyabr 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















