Quzu əti niyə fərqli qiymətlərə satılır? VİDEO
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Eyni piştaxtada satılan quzu ətləri arasında qiymət fərqi var.
Çəkisi 17-20 kiloqram olan quzuların əti əsasən 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik heyvanın kiloqramı 23-25 manata qədər yüksəlir.
Satıcılar bildirirlər ki, qiymət çəkiyə, quzunun növünə və alış qiymətinə görə formalaşır.
Qəssabların sözlərinə görə, əmlik quzular daha az tapılır. Buna görə də onları əsasən sifariş əsasında gətirərək kəsib satırlar. Satıcılar bildirirlər ki, əmlik quzu ilə iriçəkili quzu arasındakı əsas fərqlərdən biri də ətin daha yumşaq və dadının fərqli olmasıdır.
Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Onlar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzunun əti artıq hər büdcəyə uyğun məhsul sayılmır.
Qeyd edək ki, son aylarda ölkəyə ət idxalı artıb. Bu isə bazarda təklifin azalmasının qarşısını alan amillərdən biri hesab olunur. Əks halda, xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da baha olması istisna deyildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 16 İyul 2026 22:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















