Icma.az
close
up
RU
Monqolustandan gətirilən quzu əti niyə 15 AZNə satılır?

Monqolustandan gətirilən quzu əti niyə 15 AZNə satılır?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Azərbaycanda quzu əti bazarında maraqlı bir tendensiya müşahidə olunur.

Modern.az "baku.ws"ə istinadən xəbər verir ki, Monqolustandan gətirilən hazır quzu ətləri ölkə bazarına daxil olub və 1 kiloqramı 15 manatdan satışa çıxarılıb.

Bu, həm istehlakçıların, həm də yerli fermerlərin diqqətini cəlb edib.

Monqolustan quzu əti dünyada keyfiyyətli və təbii məhsul kimi tanınır. Bu ölkənin heyvandarlıq sahəsində inkişaf etmiş təcrübəsi və təbii şəraitdə yetişdirilən qoyunları, onların ətini qida sənayesi üçün yüksək dəyərli məhsula çevirir.

Azərbaycanda da bu ətlərin satışa çıxarılması, xüsusilə hazır məhsul olması, həm qiyməti, həm də keyfiyyəti ilə bazarda böyük maraq doğrurub. Nəzərinə çatıraq ki, Monqolustanda ətin qiyməti Azərbaycanla müqayisədə xeyli ucuzdur.

Monqolustanın Statitika İdarəsinin ötənilki rəqəmlərinə əsasən qiymətlər belədir:

Mal əti - kiloqramı 17 min tuqrik (8.38 AZN)

Quzu əti - kiloqramı 18 min tuqrik (8.87 AZN)

Keçi əti - kiloqramı 9 min tuqrik (4.43 AZN)

Dəvə əti - kiloqramı 8 min tuqrik (3.94 AZN).

Kəsim üçün satılan heyvanların qiyməti isə belə deyişir:

Qoyun və ya keçi - 120-180 min tuqrik (57.8-88.4 AZN).

İri buynuzlu mal-qara - 1,2 milyon - 2,3 milyon tuqrik (590-1132 AZN).

Dəvə - 1-1,5 milyon tuqrik (491.3-737.8 AZN).

Azərbaycana müqayisədə Monqolustanda heyvan ətlərinin bu qədər ucuz olması onların keyfiyyəti ilə bağlı suallar doğurur. Görəsən, Monqolustanda Azərbaycana gətirilən ətlərin keyfiyyəti bütün standartlara cavab verirmi?

Bu suala cavab tapmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qurum tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:

"Bildiririk ki, xarici ölkələrdən, o cümlədən Monqolustandan Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən Monqolustandakı epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə qida təhlükəsizliyi sertifikatı verilir və dövriyyəyə buraxılır.

Qeyd ki, ət məhsullarının qiyməti ilə bağlı məsələlər AQTA-nın nəzarətində deyil. İstehlakçılar əmin ola bilərlər ki, qiymətindən asılı olmayaraq həmin məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri norma çərçivəsindədir.

Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq məlumat verə bilərlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:359
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri