Qvardiolanın təyinatına maaş əngəli
Icma.az, Qol.az saytına istinadən bildirir.
Pep Qvardiolanın İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyinatı alınmaya bilər.
QOL.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, tərəflər arasında əsas problem maliyyə məsələsidir.
Bildirilir ki, 55 yaşlı çalışdırıcı illik 20 milyon avro maaş tələb edir. Bu məbləğ isə İtaliya Futbol Federasiyasının (FIGC) təklif etməyə hazır olduğu məvacibdən təxminən iki dəfə çoxdur.
Federasiyanın texniki direktoru Paolo Maldini danışıqların davam etdiyini desə də, hazırda yekun razılığın əldə olunmadığını bildirib. Qvardiolanın ailəsi ilə birlikdə Barselonada daha çox vaxt keçirmək istəyi də danışıqları çətinləşdirən amillərdən biri hesab olunur.
Xəbərdə bildirilir ki, İtaliya millisi baş məşqçisiz qaldıqdan sonra federasiya əvvəlcə Karlo Ançelotti ilə əlaqə saxlayıb. Lakin təcrübəli mütəxəssis Braziliya millisində qalmağa qərar verib. Bundan sonra əsas namizəd kimi Pep Qvardiolanın adı ön plana çıxıb.
Baxış sayı:127
Bu xəbər 23 İyul 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















