“Yaşa, Xəzər!” sərgisində konseptual incəsənət nümunəsi: “Qara kürü” əsəri
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Bakıda keçirilən “Bakıya uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) festivalı çərçivəsində Fərid Rəsulovun “Yaşa, Xəzər!” sərgisi müxtəlif sənət yanaşmaları və qeyri-adi yaradıcılıq nümunələri ilə diqqət çəkib. Ekspozisiyada nümayiş olunan əsərlər arasında rəssam və dizayner Heydər Əmirin “Black Caviar” (“Qara kürü”) seriyasından olan komod xüsusi görünüşü və orijinal bədii həlli ilə seçilib.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Heydər Əmir bildirib ki, onun yaradıcılığının əsas istiqamətlərindən biri gündəlik istifadə üçün nəzərdə tutulan mebelləri unikal dizayn nümunələrinə və konseptual incəsənət obyektlərinə çevirməkdir. Rəssamın sözlərinə görə, köhnə və unudulmuş əşyalara yeni həyat vermək, onların forma və məzmununu dəyişərək fərqli bədii ifadə vasitəsinə çevirmək yaradıcılığında xüsusi yer tutur.
“Qara kürü” adlanan komod ilk baxışdan qeyri-adi quruluşu ilə diqqəti cəlb edir. Əsərdə komodun sərt konstruksiyası müxtəlif ölçülü qara, mat kürələrdən ibarət kütlə ilə birləşərək sanki həmin formaların içində əriyir.
Əsərin adında və formasında Xəzər dənizi ilə bağlı rəmzi məna da var. Qara kürünü xatırladan kürələr Xəzərin təbii sərvətlərini, xüsusilə də bu dənizlə tarixən bağlı olan kürünü yada salır. Rəssamın əsəri öz vətəninə həsr etməsi bu bədii yanaşmaya əlavə məna qazandırır. Beləliklə, “Qara kürü” təkcə qeyri-adi dizayn nümunəsi deyil, həm də Xəzərin təbiətini, zənginliyini və onunla bağlı mədəni yaddaşı müasir incəsənətin dili ilə ifadə edən sənət əsəridir.
Əsərin digər maraqlı tərəfi davamlılıq ideyası ilə bağlıdır. Köhnə və istifadə olunmuş mebellərə yeni həyat verən rəssam gündəlik əşyaların yenidən dəyərləndirilməsinin mümkünlüyünü nümayiş etdirir. Bu yanaşma həm şüurlu istehlaka, həm də ətraf mühitə məsuliyyətli münasibətə diqqət çəkir.
Onun bu əsərində amerikalı heykəltaraş Luiza Nevelsonun monumental, monoxrom taxta kompozisiyalarının təsiri də hiss olunur. Bununla belə, rəssam özünəməxsus yanaşması ilə mebelin ənənəvi quruluşunu dəyişərək ona yeni estetik məna qazandırır.
“Yaşa, Xəzər!” sərgisində təqdim olunan bu cür əsərlər göstərir ki, müasir incəsənətdə ənənəvi əşyalar belə yeni ideyaların və fərqli bədii ifadə vasitələrinin daşıyıcısına çevrilə bilər.
Müxbir – Gülay Nəzərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 04 Noyabr 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















