Rabitə ixtisaslı zabitlərlə təlim metodiki toplanış keçirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 19 fevral, AZƏRTAC
2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrinin, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplanış zamanı rabitə ixtisaslı zabitlərin əməliyyat və ixtisas hazırlığı üzrə metodiki və nəzəri bilikləri təkmilləşdirilib, praktiki bacarıqları inkişaf etdirilib. İştirakçılara ordumuzun rabitə və informasiya texnologiyaları sisteminə inteqrasiya edilən yeni sistem və vasitələri barədə məlumat verilib, onların döyüş imkanları praktiki olaraq nümayiş olunub.
Tədbirdə “Azərkosmos” ASC-nin fəaliyyət istiqamətləri, həmçinin ölkəmizdəki qabaqcıl şirkətlərin istehsal etdiyi yeni texnologiyalar və onların döyüş imkanları barədə təqdimatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 Fevral 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















