“Racing Bulls“ komandası “Formula 1“in Bakı mərhələsi üçün qeyri adi poster nümayiş etdirib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İtaliyanın "Formula 1" komandası "Visa Cash App Racing Bulls" qarşıdan gələn Bakı Qran-prisi üçün ənənəvi Azərbaycan xalçası üslubunda tərtib edilmiş parlaq poster təqdim edib.
Moderator.az xəbər verir ki, poster komandanın "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
Rəngarəng ornamentlərlə əhatə olunmuş "Racing Bulls" bolidi kompozisiyanın mərkəzi elementi olub. İşin müəllifi Şennon Marriottdur.
"Bakıya qayıdırıq. Bu həftəki yarış üçün möhtəşəm posterə görə Şennon Marriotta təşəkkür edirik", - komandanın paylaşımında bildirilib.
"Racing Bulls" komandası İtaliyanın Faentsa şəhərində yerləşir və "Red Bull" ailəsinə daxildir. 2026-cı il mövsümündə komandanın heyətində yeni zelandiyalı Liam Louson və britaniyalı Arvid Lindblad çıxış edir.
Azərbaycan Qran-prisi 24-26 sentyabr tarixlərində Bakı şəhər halqasında keçiriləcək. Yarış sentabrın 26-sı baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 21 Sentyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















