Icma.az
close
up
RU
Azərbaycan Formula 1 in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub

Azərbaycan Formula 1 in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan "Formula 1" tərəfindən dəstəklənən beynəlxalq STEM Racing proqramına rəsmən qoşulub.

SİA Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, ölkədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən icra olunan layihə mühəndislik təhsilinin təşviqinə və gənclərin yüksək texnologiyalar sahəsində gələcək karyera üçün zəruri bilik və bacarıqlara yiyələnməsinə xidmət edir.

Belə ki, proqram çərçivəsində iştirakçıların hazırlığı üçün nəzərdə tutulan xüsusi təlim mərkəzi – STEM Racing Hub-un açılışı baş tutub. Yeni mərkəz komandaların yarış modellərinin layihələndirilməsi, istehsalı və təkmilləşdirilməsi istiqamətində praktiki fəaliyyət göstərmələri üçün təsis edilib.

Layihənin təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov təşəbbüsün əhəmiyyətini vurğulayıb:

"Ölkəmizin bu qlobal platformanın bir hissəsinə çevrilməsi sevindirici haldır. STEM Racing proqramı məktəblilərə yalnız texniki biliklər qazandırmır, eyni zamanda komanda işi, liderlik və layihələrin idarə olunması kimi vacib bacarıqların inkişafına şərait yaradır. Proqram iştirakçılarının bir çoxu sonradan mühəndislik ixtisasları üzrə təhsil alır, qabaqcıl texnologiya şirkətlərində çalışır və hətta "Formula 1"də karyera qururlar. İnanıram ki, komandamızın dünya finalında iştirakı ölkəmiz üçün dəyərli təcrübə olacaq və minlərlə gəncə ilham verəcək".

Proqram çərçivəsində yaradılmış "Caspian Apex" komandası Azərbaycanı ilk dəfə dünya finalında təmsil edəcək. Yarış 2026-cı il oktyabrın 3–8-dədə Sinqapurda (Sentosa adası) keçirilməklə dünyanın müxtəlif ölkələrindən ən güclü gənc mühəndis komandalarını bir araya gətirəcək.

STEM Racing proqramının iştirakçıları "Formula 1" komandalarının iş prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Hər iştirakçı müəyyən istiqamət üzrə cavabdehdir. Məktəblilər mühəndislik proqramlarından istifadə etməklə yarış modelini layihələndirir, aerodinamik hesablamalar aparır, hissələri 3D printerlər vasitəsilə hazırlayır, sınaqlar həyata keçirir, eyni zamanda marketinq, tərəfdaşlarla iş və təqdimatların hazırlanması istiqamətlərində fəaliyyət göstərirlər.

Proqram çərçivəsində həmçinin 2027-ci ildə Azərbaycanda ilk STEM Racing üzrə milli çempionatın keçirilməsi planlaşdırılır. Çempionatın qalibi ölkəni dünya finalında təmsil etmək hüququ qazanacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyun 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri