Icma.az
close
up
RU
Rada ABŞ ın yeraltı sərvətlər layihəsini kəskin tənqid edib: Bu absurddur

Rada ABŞ ın yeraltı sərvətlər layihəsini kəskin tənqid edib: Bu absurddur

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın təklif etdiyi yeraltı sərvətlərə dair sənəd layihəsi absurddur, beynəlxalq müqavilə deyil və Ukrayna qanunvericiliyinə ziddir.

Bizimyol.info xəbər verir ki, bunu Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri, beynəlxalq hüquqşünas Aleksandr Merejko brifinqdə deyib.

O qeyd edib ki, bu gün dərc olunmuş sənəd layihəsinin saxta olub-olmaması ilə bağlı tam məlumatlı deyil: "Amma görünən odur ki, bu, saxta deyil. Çünki bu sənəd Amerika qanunları üslubunda yazılıb. Amma bunun saxta olmadığına 100% əminlik yoxdur. Əgər bu, həqiqətən də Amerika administrasiyasından ciddi təklifdirsə, o zaman bu sənədin, yumşaq desək, absurd olması baxımından ciddi problemlər yaranır", - deyə Merejko vurğulayıb.

Onun sözlərinə görə, layihə Amerika qanunlarına, daha dəqiqi Delaver ştatının (ABŞ) qanunlarına əsasən hüquqi şəxsin yaradılmasından bəhs edir. O əlavə edib ki, bu kontekstdə başa düşmək lazımdır ki, söhbət Ukrayna Konstitusiyasına görə, Ukrayna xalqının mülkiyyəti olan Ukrayna resurslarından gedir.

"Əgər söhbət bu məsələnin formal tərəfindən gedirsə, deməli, bu, heç bir halda beynəlxalq müqavilə deyil", - deyə Merejko bildirib.

O qeyd edib ki, tamhüquqlu beynəlxalq müqavilə hazırlamaq lazımdır, çünki məhz saziş deyə bu barədə razılaşılıb. "İndi gözlənilmədən hansısa müqavilənin mətni təklif olunur ki, bu da beynəlxalq müqavilə deyil və Ukrayna qanunvericiliyinə uyğun gəlmir, çünki o, ABŞ qanunları baxımından yazılıb. Bu, qəbuledilməzdir. Ciddi yanaşma lazımdır, çünki söhbət Ukraynanın resurslarından, onun sərvətindən və gələcəyindən gedir. Və bunu tərəflərin birlikdə işləməsi ilə həll etmək lazımdır", - deyə o bildirib.

Deputatın sözlərinə görə, Ukrayna Ali Radası və ABŞ Senatı tərəfindən ratifikasiyaya məruz qalacaq beynəlxalq müqavilə hazırlamaq lazımdır.

Merejko hesab edir ki, Ukrayna ərazisində faydalı qazıntıların faktiki hasilatına keçməzdən əvvəl ABŞ-ın Ukraynaya təcavüzkarı məğlub etmək, bu resursların yerləşdiyi əraziləri də azad etməkdə kömək etməsi və bundan sonra bu layihənin həyata keçirilməsinə keçmək mümkün olması barədə danışmaq lazımdır.

Ukrayna mətbuatının verdiyi məlumata görə, ukraynalı deputat Yaroslav Jeleznyak qeyd edib ki, ABŞ Ukraynanın bütün yeraltı sərvətləri üzərində ABŞ-ın nəzarətini nəzərdə tutan yeraltı sərvətləri haqqında saziş layihəsini təklif edib, lakin sənəddə Ukrayna üçün təhlükəsizlik təminatlarından bir dəfə də olsun bəhs edilməyib.

Baş nazirin birinci müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko Ukrayna Ali Radasında hökumətə suallar saatı zamanı ABŞ-dan yeraltı sərvətlərə dair saziş layihəsinin Ukrayna hökumətinə daxil olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda bunun üzərində işləyirlər və mövqelərini formalaşdırırlar.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see230

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see191

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see173

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see158

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see157

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see144

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see137

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see135

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see128

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see124

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see121

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri