Icma.az
close
up
RU
Radardan və polisdən qorxan SÜRÜCÜLƏR: Bizdə və Avropada FOTO

Radardan və polisdən qorxan SÜRÜCÜLƏR: Bizdə və Avropada FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bu günlərdə yol ötən avtomobillərdən biri ilə işə gələrkən sürücünün qəribə davranışının şahidi oldum. Bakı dairəvi yolunda sürücünün saatda 50 kilometr sürətlə hərəkət edtiyini görüb bu davranışının səbəbini soruşdum. Sürücü bu yoldan ilk dəfə istifadə etdiyi üçün radarların yerini bilmədiyini dedi. Bu yolu hər gün gedib gəldiyim üçün 100 km/saat yol nişanını göstərdikdən sonra sürücü sürəti 110 km/saata qaldırdı.
Belə hallar yüzlərlədir. Son dövrlərdə isə belə bir zərərli tendensiya geniş yayılıb: sürücülərin çoxu qayda-qanunu öyrənmək əvəzinə radarların və kameraların yerini əzbərləməklə məşğuldur. Məqsəd birdir: radar və kamera yoxdursa burada mənəm, Bağdadda kor xəlifə. Qayda pozaraq adrenalin yaşamaq lazımdır. 

Avtosfer.az xəbər verir ki, belə sürücülər dünyanın hər yerində mövcuddur və onlarla müxtəlif yollarla mübarizə aparılır. Əlbəttə, mən hansısa ölkənin qanununu kor-koranə tətbiq etməyin tərəfdarı deyiləm. Lakin dünya gör-götür dünyasıdır.

Kiminsə yaxşı təcrübəsindən bəhrələnmək olar. Lakin qayda-qanun yaratmaq təşəbbüsü yerli şəraitə uyğun olmalıdır. 
Azərbaycanlı sürücülərdə sovetdən qalma pis vərdişlərdən biri yolayrıcına çatanda son anda dönməkdir. Halbuki, həm yerli, həm də beynəlxalq qanunvericiliyə görə sürücü manevr etməyə qabaqcadan hazırlaşmalıdır. Yol polisi bunun çarəsini tapdı: yolayrıclarında davamlı uzun xətt çəkildi və xətti tapdalayanlar kütləvi şəkildə cərimələnməyə başladı.

Metod kifayət qədər səmərəlidir və qəza riskini azaldır. 
Amma məsələ bununla bitmir. Radarı görüb sürəti azaltmaq, ardınca isə qaza basmaq artıq normaya çevrilib. Hələlik Azərbaycanda yol polisi bununla bağlı mexanizm tapmayıb. Səyyar radarların məhdudlaşdırılması isə intizamsızlığa meylli sürücülərə qol-qanad verib. Beynəlxalq təcrübə göstərir ki, bunun da çarəsi var.

İspaniyada həll yolu kimi “tormoz radarları” tətbiq edilir. Yəni, qüllə radarından təxminən 300 metr əvvəl və sonra 2 radar quraşdırılır. Bu radarlar yol kənarına elə yerləşdirilir ki, sürücü onları görməsin. Bu 2 radarın göstəriciləri uzaqdan görünən hündürdə asılmış stasionar radarla üst-üstə düşmədikdə sürücü məşhər ayağına çəkilir.

Almaniyada yol işarələrinin quraşdırılması regionların (“Land”, yəni torpaq) idarəetmə orqanlarının səlahiyyətindədir. Qanun radarları bildirən işarələrin quraşdırılmasında torpaqlara sərbəstlik verib. Buna görə də bələdiyyələr artıq xərc olmasın deyə bir qayda olaraq radar işarələrini quraşdırmır.

Radardan sonra sürəti artıranlarla mübarizənin ən səmərəli görünən üsulu orta sürət radarıdır. Bu zaman 2 və daha çox radar sinxron işləyərək avtomobilin orta sürətini ölçür və buna uyğun qərar verilir. 

Fransa polisinin iş metodu da maraqlıdır. Yol nişanları və svetoforlara miniatür kameralar yerləşdirilərək qayda pozuntuları qeydə alınır. Bu kameralar çox kiçik olduğundan sürücünün bunu görmək ehtimalı azdır. Böyük şəhərlərdə isə salonuna kamera yerləşdirilmiş yüzlərlə avtomobil hər gün qayda pozuntularını nəzərə alır. Bu avtomobillərin sürücülərinin qayda pozuntusuna müdaxilə etmək səlahiyyəti yoxdur. Lakin bu maşınların sürücüləri ilə bağlı vaxtaşırı insidentlər baş verir. 
 

Yəqin ki, koronavirus pandemiyasının yumşalma mərhələsini çoxları xatırlayır. Əhalinin vaksin vurdurmasını təşviq etmək üçün vaksinsiz vətəndaşların ticarət mərkəzlərinə girişi məhdudlaşdırılmışdı.
 

Həmin dövrdə Qərbi Avropada vaksindən imtina edənlər kinoteatr və muzeylərə buraxılmırdı. Bir sözlə, hər dövlət öz vətəndaşını tanıyır. Buna görə də, “gör qaqan neynəyəcək”, “kamera yoxdursa qoşa xətdən dönüm”, “200 manatlıq qayda pozdum, polis görmədi” təfəkkürlü sürücülərin də çarəsi tapılacaq. Tam səmimiyyətlə inanıram ki, o gün uzaqda deyil.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 27 Mart 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri