Icma.az
close
up
RU
Avtomobil təqibi: Avropada və bizdə FOTO

Avtomobil təqibi: Avropada və bizdə FOTO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əksər ölkələrdəki kimi Azərbaycanda da polisin hansısa avtomobili təqib etməsi yaxşı qarşılanmır. Təəssüf ki, ictimai rəy əksər hallarda polisdən qaçanın yanındadır. Bəs başqa ölkələrdə vəziyyət necədir?

Avtosfer.az xəbər verir ki, ABŞ-da polis təqibi zamanı odlu silahdan istifadə adi haldır. Bu zaman polis avtomobilinə helikopter də dəstək verdiyi üçün iş asanlaşır. Bu videoları hamı gördüyü üçün uzun danışmağa ehtiyac yoxdur. 

Avropada isə vəziyyət bir qədər fərqlidir. Burada polisin hər avtomobili təqib etmək səlahiyyəti yoxdur. Məsələn, Belçikanın Polis haqqında Qanununun 37-ci maddəsinə görə polisin davranışı qanuni, zəruri və proporsional olmalıdır. Krallıqda əvvəlki illərdə insan ölümü ilə nəticələnən polis təqiblərindən sonra praktika dəyişib. Təqib son tədbir kimi tətbiq edilir. Bu zaman həm də süni tıxac və mismarlı lentdən istifadə edərək avtomobilin dayandırılmasına çalışılır. Silahdan istifadə minimuma endirilir. 
Lakin təqib olunan avtomobil polis əməkdaşlarının və ya mülki şəxslərin üzərinə sürülərsə, bu zaman polisin odlu silah tətbiq etməsindən başqa yolu qalmır. 

Əvvəlki illərdə Belçikada sürücülər polis təqibindən qaçmaq üçün Fransa ərazisinə daxil olurdular. Burada ilk baxışda qanunsuz heç nə yoxdur: Şengen zonasına aid ölkənin vətəndaşı digər ölkəyə piyada və ya avtomobillə rahatlıqla daxil ola bilir. Lakin polisin xidmət vaxtı belə bir səlahiyyəti olmadığı üçün sui-istifadə halları çox idi.

Nəhayət, buna 2013-cü ildə son qoyuldu. Həmin vaxt əldə edilən razılaşmaya görə Fransa və Belçika polisləri bir-birinin ərazisində təkbaşına əməliyyat keçirə bilər.
Əgər Belçikada heç bir əlavə qayda pozmayan sürücü sadəcə olaraq polisdən qaçıbsa, 2000 avro cərimə ilə canını qurtara bilir. Fransada isə vəziyyət ağırdır. 

Yeri gəlmişkən, Fransada polisin təqibetmə səlahiyyətləri azdır. Azərbaycanda olduğu kimi Fransada da, polis hər avtomobili qova bilməz. Qanunvericilik burada 2 məsələni dəqiq ayırd edir: tabe olmama və polisdən qaçma. Sadə dildə desək, əgər adi yoxlama zamanı sürücü polisin “saxla” əmrinə tabe olmursa, heç kim onu təqib etmir. Avtomobilin nömrə nişanına əasən sürücünün şəxsiyyəti müəyyən edilir, məhkəməyə çağırılaraq 15 min avroyadək cərimələnir. Bu hal tabe olmama kimi tövsif edilir və cinayət sayılmır.

Lakin, polis hansısa avtomobildə təhlükəli cinayətkarın olduğuna dair təsdiqlənmiş məlumat əsasında istənilən avtomobili təqib edə bilər. Bunun üçün yuxarı rəhbərlikdən icazə alınmalı, əlavə qüvvələr cəlb edilməlidir. Qaçan avtomobilə qarşı məhdud çərçivədə silah da tətbiq edilə bilər. 

Polisdən qaçma ittihamı ilə saxlanan şəxsin cəzası daha ağır olur: 75 000 avroyadək cərimə, sürücülük vəsiqəsinin 3 il müddətinə ləğvi, avtomobil sahibinin mülkiyyətində olan bütün avtomobillərin müsadirəsi və s. Təqib zamanı qaçan sürücü kiminsə ölümünə və ya xəsarət almasına səbəb olubsa, bu işə ayrıca icraatda baxılır. 
Onilliklər boyu ciddi dəyişikliyə məruz qalmayan qanunvericiliyi ilə seçilən İsveçrədə vəziyyət bir qədər fərqlidir. Burada polisin avtomobili təqib etməsinə icazə verilir və məqsəd əksər hallarda avtoxuliqanlığın və təhlükəli küçə yarışlarının qarşısnı almaq olur. 

Polis yalnız ictimai təhlükəyə qarşı ciddi təhlükə ilə bağlı səhih məlumat olduğu təqdirdə avtomobili təqib edə bilər. 2009-cu ildə qəbul edilən qanuna görə polis təqibindən qaçan və ya avtoxuliqanlıq edən şəxs kimisə birbaşa öldürməsə və ya xəsarət yetirməsə belə, bir neçə ilə azadlıqdan məhrum olunur. 
Qanunu belə izah etmək olar: polisdən qaçan A avtoxuliqan B-ni sıxışdırıb və sonuncu səkidə gözləyən piyadaya ölümcül xəsarət yetirib. Belə olan halda, A avtoxuliqana ölümə səbəb olan küçə yarışında iştirak etmək, B-yə isə qəsdən adamöldürmə ittihamları irəli sürülür. Əgər A 3-4 il həbslə canını qurtaracaqsa, B həyatının azı 8 ilini dəmir barmaqlıqlar arasında keçirəcək.

Təhlil etdiyimiz ölkələr arasında qanunvericilik və praktika baxımından Fransa Azərbaycana daha yaxındır. Lakin bir faktı nəzərə alaq: təqibdən qaçan və ya əmrə tabe olmayan sürücünün şəxsiyyətini müəyyən etmək Fransa polisi üçün daha asandır. Səbəb texnoloji vasitələrin çoxluğunda deyil. Azərbaycan polisinin də texniki imkanları kifayət qədər yüksəkdir. Fərq burasındadır ki, Fransada keçmiş sovet ölkələrindəki kimi etibarnamə sistemi yoxdur. 

Azərbaycana gəlincə: polis avtomobillərindəki bort kompüterinə avtomobilin nömrə nişanını daxil edərək onun sahibini müəyyənləşdirmək mümkündür. Lakin bir maşına 5 etibarnamə verilibsə, bu situasiyada sükan arxasında kimin olduğunu polis deyil, münəccim təyin edə bilər. Bütün etibar edilənləri bir təqibə görə polisə çağırmaq da sovetsayağı totalitar iş metodu olacaq. 

Bir vacib məqam: Belçika, İsveçrə və Fransada təqib zamanı zərər görən digər avtomobillərin sürücülərinin hüquqları da nəzərə alınır. Heç bir təqsiri olmadığı halda polis təqibi zamanı zərər görən avtomobillərin təmir xərci dövlətə aiddir. Bunu da bir qayda olaraq məhkəmə təqibdən qaçan sürücülərin üzərinə öhdəlik kimi qoyur. 

Digər yol hərəkəti iştirakçılarının həyatını riskə atmamaq, cəmiyyətdə narazılıq yaratmamaq və polisin iş yükünü azaltmaq üçün Avropa ölkələrində əsas metod təqib əvəzinə cərimədir:

Lüksemburq: 250 avro, 7 gün həbs, 3 bal (ağırlaşdırıcı hallar olmadıqda),
Belçika: 2000 avro, 
İsveçrə : 3000 frank,
Fransa: 15 000 avro.

Ağırlaşdırıcı hallarda, yəni polis təqibindən qaçma kənar nəticələr doğurduqda heç kim cərimə ilə canını qurtara bilmir. Lakin bu cərimələrə görə sürücülər polisin “saxla” əmrinə əksər hallarda tabe olurlar.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 May 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri