Icma.az
close
up
RU
Radcana Sultanova: “Məqsədim hər zaman Azərbaycanın adını yüksəltmək olub” Söhbət

Radcana Sultanova: “Məqsədim hər zaman Azərbaycanın adını yüksəltmək olub” Söhbət

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“İstəyirəm Azərbaycan millətinə və mədəniyyətinə daha çox xidmət edim, daha çox beynəlxalq müsabiqələrə qatılım”

Bu gün xaricdəki azərbaycanlı xanımlar da ölkəmizi və xalqımızı layqincə təmsil edirlər. Onların əldə etdikləri uğurlar Azərbaycanın adını daha da yüksəklərə qaldırır. Bugünlərdə ölkəmizdə qonaq olan model və “Tərcümə dünyası” MMC-nin təsisçisi və direktoru Radcana Sultanova da təqdirəlayiq fəaliyyət göstərir. Xatırladaq ki, əslən azərbaycanlı olan Radcana Sultanova Tatarıstanın Kazan şəhərində doğulub, orada böyüyüb boya-başa çatıb. Hazırda Kazanda yaşayır və çalışır. "Sherg.az"a müsahibəsində dediyi kimi, hər zaman millətimizi, dilimizi, ənənələrimizi, mədəniyyətimizi, musiqimizi sevib və təbliğ edib. 


 - Azərbaycana tez-tez gəlirsiz? 

 - Azərbaycanla davamlı əlaqəm var. Atam azərbaycanlıdır, Gürcüstanda yaşayıb. Atam sağ olanda, tez-tez Azərbaycana gəlirdik, yay aylarını baba və nənəmin yanında keçirirdik. Sonralar tez-tez gəlmək mümkün olmurdu. İndi çalışıram, hər il Azərbaycana gəlim. Yenə buradayam. Budəfəki səfərin səbəbi xeyir işdir, toydur, xalam qızının toyuna gəlmişik. Bakıda gəzdik. Azərbaycanda olmaq çox xoşuma gəlir, xüsusilə Azərbaycan mətbəxini çox bəyənirəm. 


 - Yaşadığınız ölkədə, öz fəaliyyətinizdə Azərbaycanı necə tanıdıb, təbliğ edirsiniz?

 - Həmişə fəxr etmişəm ki, azərbaycanlıyam və hər zaman məqsədim Azərbaycanın adını yüksəltmək olub. İki övlad yetişdirmişəm, özümü hər sahədə göstərmək istəmişəm. Əvvəllər azərbaycanlı qadınların təhsilinə dair müsbət münasibət az idi. Qadınların təhsil almasına birmənalı yanaşmırdılar. Amma atam hər zaman deyirdi ki, mütləq oxumalıyam. Mən də onun bu arzusunu həyata keçirməyə çalışırdım. İki ali təhsilim var. Kazan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində, daha sonra isə İdarəetmə Universitetinin (TBYİ) Hüquq fakültəsində ali təhsil almışam. Atamın arzusu çin etmişəm, verdiyi təlimatlara görə həyatımı qurmağa çalışmışam. 2004-cü ildə tələbə ikən öz biznesimi açdım. Təxminən 20 ildir ki, bizneslə məşğul oluram. Atamdan əxz etdiyim dəyərləri öz həyatımda tətbiq etmişəm. Mənə deyirdi ki, qadın özünü düzgün aparmalıdır. Ailəmizin və millətimizin ənənələrinə uyğun şəkildə böyüdüm və bu prinsipləri qəbul edərək yaşadım.


 - Bu yaxınlarda Cənubi Koreyada keçirilən "Mrs.Universe-2024" (Dünya Gözəli) gözəllik müsabiqəsində qalib olmusuz. Necə oldu ki, bu yarışmaya qatıldınız?

 - Bu qərarı verməyimin əsas səbəbi, Azərbaycanı layiqincə təmsil etmək istəyim idi. Özümü tam olaraq azərbaycanlı hiss edirəm və bu missiyanı qürurla daşıyıram. Böyük məsuliyyət daşıyırdım. Hər işimi səmimi şəkildə etdim və çalışdım ki, orada maksimum yadda qalım. Azərbaycan qadını olaraq özümü tanıtdım. 47 il ərzində ilk dəfə Azərbaycan adına bu müsabiqədə təmsil olundum. Düşünürəm ki, çox yaxşı nəticə göstərdim. İlk olaraq 114 ölkədən 25 qadın arasında yer aldım. Sonra ilk onluğa daxil olaraq 7-ci yeri tutdum. Bu, mənim üçün çox böyük bir nailiyyətdir və qürur duyuram. Prinsiplərimə sadiq qalıram və bildiyim yoldan dönmürəm. Əminəm ki, Azərbaycanı ləyaqətlə təmsil etdim. Beynəlxalq müsabiqənin bütün iştirakçılarını və tamaşaçılarını bu gözəl ölkə ilə mümkün qədər tanış etdim.

- Bundan öncə belə müsabiqələrdə iştirak edibsiz? 

 - Azərbaycanı təmsil edən ilk qadın olaraq, Tatarstanda keçirilən “Mrs. Business Tatarıstan” yarışmasında birinci yer tutdum və Qran-Pri qazandım. Bu uğurumdan sonra Rusiyada təşkil edilən müsabiqəyə qatılmaq üçün dəvət aldım. Orada 16 regiondan 30 qadın iştirak edirdi və onların arasında birinci yerə layiq görüldüm. Müsabiqə təşkilatçıları dedilər ki, "gəl, səni xaricə göndərək". Razılaşdım və nəticədə Azərbaycanı təmsil etmək qərarına gəldim.


 - Gələcək planlarınız barədə nə deyərdiniz? 

 - Əlbəttə, əsas qayəm daim Azərbaycan millətinə və mədəniyyətinə xidmət etməkdir. Həmçinin, daha çox beynəlxalq müsabiqələrə qatılmaqdır. Düşünürəm ki, bu, yalnız Azərbaycanı təmsil etmək yox, eyni zamanda biznes sahəsində də irəliləmək deməkdir. Şəxsi brendimi inkişaf etdirirəm və hər yerdə başımı uca tutaraq fəxrlə deyirəm ki, mən azərbaycanlıyam. Tatarıstanda, demək olar ki, bizneslə məşğul olan birinci azərbaycanlı qadın olmuşam. Biznesimi yaratmışam və qadınların uğurunu dəstəkləyərək onlara yol göstərmişəm. Məqsədim yalnız şəxsi uğurumla kifayətlənmək deyil, həm də biznes sahəsində qadınların inkişafında daha çox yer almaq, onlara dəstək olmaqdır. Qismət olarsa, bu arzumu gerçəkləşdirəcəm. Yaxın gələcəkdə yenidən Azərbaycana gəlməyi planlaşdırıram.


Fuad Hüseynzadə, 

"Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri