Radiostansiyalarla bağlı meyarlara dəyişiklik edilib
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların nomenklaturu"nda dəyişiklik edib.
XQ xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev qərar imzalayıb.
Qərara əsasən, mülki dövriyyədə olmasına xüsusi icazə tələb olunmayan radiostansiya və radiorabitə avadanlıqlarının güc meyarlarında dəyişiklik edilib.
Bundan sonra, effektiv şüalanma gücü 0,5 Vt-dan çox olmayan, 446-446,2 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyaları mülki dövriyyənin müəyyən iştirakçıları icazə olmadan istifadə edə biləcəklər.
İndiyədək, 446-446,1 MHs radiotezlik zolağında işləyən PMR-446 radiostansiyalarına icazə verilirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 İyun 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















