Icma.az
close
up
RU
Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır, lakin... Onun kimi idmançıları incitmək olmaz

Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır, lakin... Onun kimi idmançıları incitmək olmaz

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"Belə idmançıları küsdürmək, incitmək olmaz".

Mia.az xəbər verir ki, bunu Teleqraf-a müsahibəsində veteran sərbəst güləşçi Hacı Əliyev Rafael Ağayevin Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti vəzifəsindən istefasına münasibət bildirərkən deyib.

O, titullu idmançı ilə şəxsi və ailəvi dostluğunun olduğunu, lakin işlə bağlı qərarlara qarışmadığını vurğulayıb: "Əlbəttə, istəmərəm ki, onun kimi idmançı belə vəziyyətlə üzləşsin, problem yaşasın, ərizə yazaraq, tutduğu vəzifədən istefa versin, ümumiyyətlə, bu cür hadisə yaşansın. Dostum olsa da, bəzi qərarlarına qarışa bilmərəm, buna ixtiyarım da yoxdur".

3 qat dünya və 4 qat Avropa çempionunun fikrincə, Rafael Ağayev kimi idmançılardan düzgün yararlanmaq lazımdır: "Bu gün hər kəs deyir ki, niyə belə oldu? Mənə elə gəlir ki, hansısa zamanda bu məsələ həllini tapacaq. Rafael karateçi, Hacı güləşçi karyerasını bitiribsə, o demək deyil ki, idmanla tam vidalaşmışıq. Gənc karateçilərin Rafaelə, gənc cüdoçuların Elnura, gənc güləşçilərin Hacıya, Toğrula, Fəridə ehtiyacları var. Sözsüz ki, gənc idmançının yanında olimpiya çempionunun olması ona böyük motivasiya verə bilər. Bu, Rafaelin şəxsi qərarıdır, federasiyada müəyyən problemləri var. İnanıram ki, bunlar da həllini tapacaq. İstəməzdim ki, Rafael və onun kimi digər idmançılar belə xırda problemlərlə üzləşsinlər. Özümdən götürüm, güləşçi karyeramı bitirsəm də, bir çox əcnəbi ölkədən mənə təkliflər var. Məsələn, ABŞ-a seminarlara dəvət ediblər, hətta pul da təklif ediblər. Rafael də fərqli-fərqli ölkələrdə seminarlar keçdiyini paylaşır. Deməli, bu adama ehtiyac var. Ölkəmizdə də bütün idmançılara diqqət və qayğı göstərilir. Nəticə göstərmiş idmançıların demək olar ki, hər biri dövlət işi ilə təmin olunub. Eləcə də, Rafael Ağayev hazırda Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Bəzi problemlər də gec-tez aradan qalxacaq".

Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Bakı-2015 I Avropa Oyunlarının qalibi, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır.

Mia.az-ın məlumatına görə, Karate Federasiyasınınprezidenti biznesmen deputat Ülvi Quliyevdir.

Xatırladaq ki, Ü.Quliyevin istər özünün, istərsə də oğlunun ölkə və ölkə xaricindəki saysız-hesabsız  biznesləri ilə zaman-zaman qalmaqallı məlumatlar yayılıb. Maraqlıdır ki, deputat R.Ağayevin az əvvəl federasiyadan istefa qərarına qurumdakı madi prfoblemlərin olmasına işarə vuran izahat verib. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayəb. Çünki deputatın topdağıtmnaz sərətə sahb olduğu sirr deyil... 

Fərid 

MİAA.Z

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Fevral 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri