Icma.az
close
up
RU
Rafael Ağayev vitse prezident postundan istefa verəcək

Rafael Ağayev vitse prezident postundan istefa verəcək

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, məşhur idmançı özü “Sportlife TV”yə iclaslara çağırılmadığı və heç bir iş görmədiyi üçün postundan gedəcəyini bildirib:

“Mən təkcə bu vəzifəyə təyin olunduğum günü xatırlayıram. Ondan bu yana 7-8 aydır ki, heç bir iclasa çağırılmamışam. Ona görə ay sonuna qədər vəzifəmdən ayrılacam. Bunun səbəbi çoxdur. Hansısa işləri görə bilərdim, milli komandaya xeyrim dəyərdi. Amma görünür ki, ehtiyac yoxdur. Dünyada və Azərbaycanda karate deyiləndə yada düşən insanlardanam. Amma indiki halda heç bir iş olmadığından orda qalmaq istəmirəm. Sadəcə ad olaraq vitse-prezident kimi qalmağı istəmirəm”.

Lakin R.Ağayevin açıqlamasında diqqətçəkən məqam isə onun Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan ayrılmasını deməsidir. Əslində, o, Azərbaycan Karate Federasiyasının deyil Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti olub.

Hansı ki, bu federasiyanın prezidenti Yaşar Bəşirovdur.

Y.Bəşirov saytımıza açıqlamasında R.Ağayevin Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident olduğunu təsdiq edib. Lakin o, o bildirib ki, istənilən halda Azərbaycan Karate Federasiyası R.Ağayevi iclaslara çağırmalı idi: “Bütün federasiyalar rəsmi tanınan Azərbaycan Karate Federasiyasının tərkibində birləşib. Amma bu istiqamətdə biz işləyirik. R.Ağayev hamımızın bir məqsədə xidmət etməsinə görə bunu deyib. Ola bilsin ki, nəyisə deyərkən düz ifadə etməyib. Onunla söhbətimiz olub. Nə deyibsə, hamısını da mənə deyib. Deyir ki, məni heç yerə çağırmırlar, mənimlə heç kim danışmır, niyə bura qalım? Biz hamımız karateyə xidmət edirik və o, da Azərbaycan Karate Federasiyasının iclaslarına çağırılmalıdır. Vəzifəsini kənara qoyaq, Rafael karatedə dünyanın bir nömrəli idmançısıdır. Onun seminarlarının bir günü 3 min avrodur. Bu təcrübədən istifadə etmək lazımdır. Niyə çağırılmasın? Ona görə də Rafael inciyir və haqlıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri