Icma.az
close
up
RU
Rafael Hüseynov: 9 əsrdir Məhsəti Gəncəvi saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir

Rafael Hüseynov: 9 əsrdir Məhsəti Gəncəvi saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Akademik Məhsəti Gəncəvi haqqında çəkilən film ətrafında aparılan müzakirələrə münasibət bildirib

Böyük Səlcuqlar dönəminin ən qüdrətli mütəfəkkir şairlərindən olan Fəridəddin ibn Məhəmməd Əttar Nişapuri (1145–1221) müsəlman şərqində təsəvvüf ədəbiyyatının ən misilsiz örnəklərindən sayılan 6500 beytlik “İlahinamə” məsnəvisində Məhsətidən söz açarkən onu “Pak Cövhər” deyə təqdim edib. Sultan Səncər sarayında yüksək ehtirama malik olmasını, “dəbir” məqamına ucaldığını xəbər verib (Məhsəti-ye Dəbir, an pak couhər, Müqərrər bud piş-e təxt-e Səncər).

Bu sözləri Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Məhsəti Gəncəvi haqqında çəkilən film ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi yaşca böyük müasiri və həmşəhərlisi Məhsətinin dərbardakı şeir məclislərinə dəvət edilərkən yazdığı “Hər qəzəlinə xəzinələr bağışlandığını” (Səti yo Məhsəti ra bər ğəzəlha, Şəbi səd gənci bəxşi əz məsəlha) təsdiqləyirdi.

Akademik Rafael Hüseynov bildirib ki, “Məhsətinin əri Pur-e Xətib – Xətiboğlu təxəllüslü Tacəddin Əmir Əhməd də zamanının ən güclü və nüfuz sahibi şairlərindən olub. Xətiboğlunin böyüklüyünün, şöhrətinin sübutu üçün farsdilli fəlsəfi şeirin mərkəz simalarından olan Sənai Qəznəvinin (1080–1131) onun şeirlərinə nəzirələr yazmasını göstərmək olar: İn həmin vəznəst ke Pur-e Xətib-e Gənce qoft, “Noubəhar aməd, neqara, bade-ye qolnar ku”. (Köhnə və sınanmış həqiqətdir – Axar su murdar götürməz).

“Məhsəti necə varsa”, “Ay xanım – Məhsəti Gəncəvi” kitablarının müəllifi olan Rafael Hüseynov vurğulayıb ki, doqquz əsrdir Məhsəti və onun söz dünyası bizimlədir, saf mənəviyyat çayı kimi Şərqin ruhundan axıb keçir. 

Alim qeyd edib ki, 2013-cü ildə “Azərbaycantelefilm”də ilk dəfə olaraq Məhsəti Gəncəvinin macəralı həyat yolu və rəngarəng yaradıcılığını əks etdirən iki hissəli film-esse çəkilib. “Məhsəti zirvəsi” adlanan bu filmin “Rübai sultanı” adlı birinci və “Qocalmaz sevgi” adlı ikinci hissələri Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında nümayiş etdirilib. Müəllifi olduğu filmin çəkilişləri Bakı və Gəncədə aparılıb.

“Müasirlərinin müqəddəs hesab etdikləri, sayğı ilə “şeyx”, “mövlana”, “həkim” adlandırdıqları, tarixdə ədalətli münsiflər kimi qalan zirvə şəxsiyyətlərin “pak”, “üstün mənəviyyat və zəka sahibi”, “zahiri və batini gözəlliklərin məcmusu” saydıqları Məhsəti Gəncəviyə mahiyyəti bulaşıqların çirkab atması 9 əsrdən bəri axıb gələn saflıq çayına neylər?! Əlbəttə ki, o möhtəşəm çayı əsla bulaya bilməz, yalnız ürək bulandırar. Ürəyini bulandıran nələrinsə millətə zərəri olduğunu sezincə isə heç vaxt laqeyd qalmaq olmaz”, – deyə akademik Rafael Hüseynov əlavə edb.

O, millətin, əsrlərin sınağından keçərək dəyərə çevrilmiş şəxsiyyətlərin və irsin yalnız sərvətimiz deyil, milli namusumuz olduğunu bildirib. Vurğulayıb ki, qeyrətli vətəndaş namusuna kəc baxılmasına susmamalıdır: “Susarsan, yenə edərlər, susdurarsan yerlərini anlayar və sonra qımıldanmağa cürət etməzlər. “Müzəffər xalq” adını başacan daşımaq istəyiriksə, gərək beləcə barışmaz, bizə qarşı haqsızlıqlara və həqarətlərə səbretməz olaq”.

Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissor və ssenari müəllifi olduğu “Məhsəti” qısametrajlı bədii filmi ətrafında tənqidi fikirlər səslənir, gərgin ictimai müzakirələr aparılır. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Bədii Şura filmin Bakı Beynəlxalq Film Festivalında nümayişinə rəsmi şəkildə qadağa qoyduqdan sonra mövzu daha da böyüyərək ölkə miqyasında geniş rezonans doğurub.

XQ 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri