Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Rahib Alpanlı Bir könülə girmək üçün...

Rahib Alpanlı Bir könülə girmək üçün...

Icma.az, Yeniavaz saytına istinadən bildirir.

Müasir dünya yeddi mindən çox dildə danışsa da, onların 40%-dən çoxu yox olmaq təhlükəsi yaşasa da, hər birində ürək, qəlb, könül, can kimi ən şirin, ən həssas duyğular yaradan sözlər çoxdur. Adında “can” sözü olan vətənimiz bu sahədə unikaldır. Türk qardaşlarımız “Can Azərbaycan” birləşməsini bəlkə də bizlərdən çox işlədirlər.
Heç bir varlıq əbəs yerə yaranmadığı kimi, səslənəndə ruhumuzu qanadlandıran belə sözlər də say naminə deyil, könüllərə girmək üçün gəlib bu dünyaya. Heyif ki, bu ilahi gözəllikdən kifayət qədər bəhrələnə bilmirik. Yunus Əmrə əsrlər əvvəl könüllərə yol tapmağın, Allaha ən yaxın bir yuvada məskunlaşmağın əhəmiyyətini necə əsrarəngiz bir avazla təsvir edib:
...Yunus Əmrə der, xoca,
Gərəksə get min haca,
Hamısından yaxşıca
Bir könülə girməkdir.
Könüllərə yol tapmaq həm çox çətin, həm də çox asandır. Daşlaşmış ürəklərə heç peyğəmbərlər də yol tapa bilməyiblər, bizlər nə karəyik ki?
Saf, sadəlövh qəlblərə yol tapmaq isə o qədər də çətin deyil. Qorxulu cəhət bu yolun başlanğıcı – məqsədi ilə bağlıdır. İnsan müəyyən məkrli niyyətləri naminə ilan xislətini məharətlə mələkləşdirib könül ovlaya bilir. Aldanmış belə qəlb sahibləri üçün Ömər Xəyyam hər misrası daş əridən rübaisində deyir:
Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?
Etimad bəsləyib, gözə mələk görünənlərə könlünü taybatay açanların nələr çəkdiyini bircə Allah bilir və baislərin ən münasib cəzasını da O verir. Pislik etməyin, könül qırmağın bədəli Həzrəti Mövlananın dediyi kimi birdir:
- Kəbə Azərin oğlu İbrahimin tikmiş olduğu bir binadır. Qəlb isə Uca Allahın nəzərgahıdır. Bu səbəbdən, bir qəlbi məhv etmək, min Kəbəni dağıtmaqdan daha pisdir.
Qulaqlarında indi də İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam...” naləsi, Molla Pənah Vaqifin “Mən cahan mülkündə, mütləq, doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim...” fəryadı səslənən dünya kimlərin əlində əsir qalıb?!
Həsəd və paxıllığın bais olduğu doğma qardaşlar - Habili-Qabil əhvalatından sonra Qadir Allah “hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur” hökmünü bəyan etdi insanlığa. (Quran, V. Məmmədəliyev və Z. Bünyadov  tərcüməsi, Əl-Maidə surəsi, 32)
Nəfsinə uyub Cəhənnəm sakini olmuş Qabilin peşmançılığı müasir insanın vecinə deyil.
Özlərini dəyişdirməyə gücləri yetməyənlər, dünyanı öz nəfslərinin istəyinə görə dəyişdirməyə çalışanlar dumanlı düşüncələrin dərinliyində məhv olmaqla insanlığın aydın üfüqlərində parlamağın fərqini dərk etmirlər. Qonşunun bağını daha yaşıl görən daha çox çalışıb, öz bağını becərmək əvəzinə qonşu bağını xarabalığa çevirir. Belə “tarix yazanlar” ancaq öz əməllərinə layiq şəkildə dillərdə lənət, könüllərdə ikrah hissi ilə yaşaya bilər. Unutmayaq ki, bu dünya “mıxı mismara döndərən”, “şiri siçana möhtac edən” dünyadır.
***
Yadlar, yalanlar bir yana, yaranışdan bir-birilərinin ürəyində daimi yeri olmalı doğmalar, yaxınlar da könül qapılarını qıfıllayıb, açarını dəryaya atıblar.
Vaxt var idi ki, qonşular, uzaq qohumlar, ata-babalarla çörək kəsənlərin sonra gələnlər arasında hörməti uca tutular, nəsillərə ötürülər, xeyir-şərdə iltifat göstərilərdi. Baş verən arzuolunmaz hadisələrin sayı və miqyası o qədər genişlənib ki, sanki qiyamətin şahidi olursan.
Sivilizasiyanın məlum inkişaf səviyyəsi və sürəti müasir insanın əməlləri ilə tərs mütənasibdir. Süni intellekt yaradıb öz zəkasına meydan oxuyan insan, nəfsinin qulu olmaqdan qurtula bilmir. Yaşadığımız təbii fəlakətlər - qlobal isinmə, uzunmüddətli isti hava dalğaları, tez-tez təkrar olunan güclü zəlzələlər, küləklər, qeyri-adi yağışlar, vahiməli torpaq sürüşmələri, vulkan püskürmələri və s. çox güman ki, insanın insanlıqdan uzaq düşməsinin cəzasıdır. Axı, Allah insanı yer üzünün xəlifəsi kimi yaradıb və onun bu şərəfli adı doğruldacağını bildirib müqəddəs kitabımızda: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. (Quran, V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi /Əl-Bəqərə surəsi 30)
Göründüyü kimi, Allahın etimadını doğrultmayan insan nəinki yadları, öz ata-anasını, qardaş-bacısını, balasını da öldürməkdən çəkinməz.
***
Yazının əvvəlindəki fikrimizə dönək: insan təkcə günahsız insanları deyil, varlığı üçün yeganə şərt olan ətraf mühitin zənginliyini, hətta dilini də öldürür. Bütün bunlara baxmayaraq, dünyanın hər yerində insanlığın tarazlığını, ilahi gözəlliklərin ahəngini qorumağa çalışanlar da az deyil. Elə tərcüməsini sizlərlə bölüşdüyüm bu yazıda olduğu kimi:
Sən nəsən?
“Motivasiya” jurnalı, 2020, №4
Gənc qadın anasını görməyə və dərdlərinı onunla bölüşməyə getdi. Həyatın çətinlikləri onu az qala ruhdan salırdı. Bir problemi həll edib bitirər-bitirməz digəri onun yerini tuturdu. Aramsız mübarizədən yorulmuşdu. Ana dinləyib, qızını mətbəxə apardı və üç qazanı su ilə doldurdu. Birinci qazana bir yerkökü, ikinci qazana bir yumurta, üçüncü qazana da bir neçə üyüdülmüş qəhvə dənəciyi qoydu. Heç bir söz demədən sobanı yandırdı və qazanların qaynamasını gözlədi. İyirmi dəqiqədən sonra o, yerkökünü çıxarıb bir qaba, yumurtanı çıxarıb başqa bir qaba qoydu. Sonra qəhvəni süzgəcdən keçirib, fincana töküb qızına tərəf dönərək soruşdu:
- Nə görürsən?
Gənc qadın cavab verdi:
- Yerkökü, yumurta və qəhvə.
- Yerkökünü əlinlə yoxla, - ana dedi.
Qız onu götürməyə çalışdı, amma parçalanıb barmaqları arasından düşdü.
- İndi yumurtanı yoxla, - ana dedi.
Qızı yumurtanı qabın kənarında sındırdı, qabığını soydu və bərk bişmiş olduğunu söylədi.
- İndi də qəhvəyə bax.
Qız fincanı ağzına qaldırıb qəhvənin ətrini ciyərlərinə çəkən kimi gülümsədi və ilk qurtumdan sonra təbəssüm bütün üzünü bürüdü. Dadı xoş və sirayətedici idi.
- Yaxşı, bununla nə demək istəyirsən, ana? - gənc qadın soruşdu.
- Demək istədiyim budur ki, qızım, yerkökü, yumurta və qəhvə eyni çətinliyə - suda qaynamağa məruz qaldılar, lakin hər biri fərqli reaksiya verdi. Yerkökü sərt, güclü və əzmli halda içəri girdi, amma yumşaldı və parçalandı. Yumurta kövrək idi, amma qaynar suda qaldıqdan sonra bərkidi. Qəhvə dənələri isə tamam başqa idi - onlar suyu dəyişdirdi. İndi özün fikirləş, sən bunlardan hansısan? - ana soruşdu.
***
Könüllərə yol Allah sevgisindən, onun insanlara yol göstərən müqəddəs kitablarına və peyğəmbərlərinə sədaqətdən başlanır. Yunus Əmrə demişkən:
Mən səni sevirəm, candan içəri,
Yolum yoxdur bu ərkandan içəri...
Rahib (Alpanlı) Sədullayev
ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 May 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri