Icma.az
close
up
RU
Rahib Alpanlı Kəndin ağ kölgəsi

Rahib Alpanlı Kəndin ağ kölgəsi

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Biz dünyanı az-çox dərk edəndə müharibədən (1941-1945) çıxmış böyük olkənin hər yerində, o cümlədən kəndlərdə də həyat, demək olar ki, eyni idi. Yeri düşəndə, müharibə veteranları yaddaşlarında hələ təzə olan döyüş səhnələrindən, qadınlar, hərbi çağırışa yaramayan yaşlı kişilər, yaşları az olmasına baxmayaraq, yetkin kişiləri əvəz edib yeniyetmə yaşlarında müəyyən vəzifələr aparmalı olan gənclər də aclıq illərində insanların məruz qaldıqları məşəqqətlərdən danışar, sözlərinə qüvvət üçün məlum adlardan da bəzilərini sadalayıb kövrələr, ürəkləri dağlayardılar.
Hansı məqsədlə olur-olsun, kənddə daş üstünə daş qoyulması bir yenilik, sabaha açılan bir ümid pəncərəsi kimi görünürdü. Şəxsi ev tikmək üçün ayrılan həyətyanı sahələrdə özül qazmaq, çiy kərpic kəsmək üçün kolxozun öküzlərindən növbə ilə istifadə edərək palçıq nohurlarını hazırlamaq, ev tikənlərə kərpic kəsməkdə, divar hörməkdə, tir atmaqda elliklə yardımlaşmaq insanlarda ruh yüksəkliyi yaradırdı. Atalarını amansız müharibənin udduğu ailələrdə yaşayan yadigarların toyları gənc yaşlarında dul qalmış anaların təsəllisi olur, dünyalarını dəyişən igidlərin adları da doğulan körpələrin simalarında vətəndaşlıq qazanıb, ikinci ömürlərini yaşayırdılar.
Hər evin, hər kəsin öz dərd-səri olsa da, hamı eyni cür yaşayırdı. Əsas ərzaq növü, ağ-qara demədən, əlbəttə ki, çörək idi. Qadir Allahın bircə dəninə min bərəkət vermiş olduğu bu nemətin qıtlığının insanlara yaşatdıqlarından eşidib yaddaşımda lillənən bir-iki epizodu bölüşək:
O zaman qonşularında uşaqların aclıqdan öldüklərinin şahidi olan bir azyaşlı, anasına deyirmiş ki, ana, məni ölməyə qoyma, yaşasam, böyüyəndə səni belimdə gəzdirəcəyəm. Allahın köməyi ilə o illərdən sağ çıxan oğlan böyüyüb yaxşı bir vəzifə sahibi olur. Anasını belində gəzdirməsə də, şahidlərin dediyinə görə, vədinə sadiq qalaraq, çox yaşlı çağında ona öz uşağı kimi baxır.
Yüz illik ömründə yüzlərlə həyat problemləri ilə üzləşmiş rəhmətlik anam da, XX əsrin 90-cı illərində məruz qaldığımız çörək qıtlığı zamanı yuxarıda yada saldığım illərdə çəkdiklərindən ürək ağrısı ilə danışar və dua edərdi ki, Allahım, acından deyil, gözlərim üstünə çörək qoyub olüm. Bu mövzuda bədbin xatirələr çox olsa da, bunlar kifayətdir.
Çətinliklərin məngənəsindən sıyrılmış insanlar hər vasitə ilə ərzaq bolluğu yaratmağa çalışırdılar. Fərdi təsərrüfatlarda qoyun-keçi, inək-camış, müxtəlif ev quşları saxlayır, qoşqu heyvanları - əsasən uzunqulaq, bəziləri də atdan istifadə edirdilər. Bölüşmək, kasıblara, imkansızlara reklamsız yardım etmək adi bir iş idi. Əlifbanı belə bilməyən çoban atam cümə axşamlarını və əziz günləri heç vaxt unutmazdı. Hər cümə axşamı sağdığı süddən, pendir, axtarma və s. ağartı növlərindən, yaxın-uzaq insanlara göndərərdi. Çox erkən yaşlarında ata-anasını itirmiş atam həmişə onlar üçün ehsanlıq adına xeyirxahlıq edər, ruhlarına quran oxutdurardı.
O illərdə uşaqlar yaşlarından tez, illərin deyil, günlərin sayı ilə böyüyürdülər. Necə deyərlər, ayağı yer tutan hər uşaq öz ailəsinə kömək etməyə can atırdı. Bağ ətrafları, meşələr, kolluqlar, çay kənarları onların iş sahələri idi. Böyürtkən, zoğal, itburnu, çır alma və s. satıb kitab-dəftər, əyin-baş almaq üçün ailə büdcəsinin imkanlarını artırırdılar. Yayda günlərlə davam edən taxıl biçini ayrı bir qiyamət idi. Nə yandırıcı günəş, nə susuzluq, nə də yamaqlı paş-paltar, yalın ayaqlar qarışqa həvəsli uşaqları bu faydalı işdən çəkindirə bilirdi. Xoş bir yarışma yaşanırdı kiçik sakinlər arasında. Bəzən evdar xanımlar, nənələr də qoşulurdu bu bərəkətli yarışa. Biçilmiş zəmilərdən başaq toplayraq illik çörək ehtiyatını görən çox ailələr olurdu.
Müəllimlərin hörməti zirvədə dururdu. Hamımız yerişləri, danışıqları, insanlara münasibətləri qeyri-adi olan bu abidə insanları yamsılayır, müəllim olmaq istəyirdik. Elə bu istək də biz orta məktəbi bitirənə qədər müəllim kollektivimizin xeyli gəncləşməsinə səbəb oldu. Təhsil, oxumaq şəxsi işdən daha çox ictimai vəzifə xarakterinə malik idi. Kitab, qəzet, jurnal oxumaq gündəlik həyat norması olmuşdu. Poçtalyonlar qapı-qapı gəzib abunəçilərini dövrü mətbuatla təmin edirdilər.
Kəndin məhəllə-məhəllə naxır və sürüləri evlərdə sağlam qida mənbəyi idi. Oğlan uşaqları da buzov, çəpiş və quzularını qayğı ilə otarır, çöl-bayırda boy atır, mökəmlənir, “kişiləşirdilər”. O qədər dəbdəbəli olmasa da, günorta və axşam yeməkləri üçün yağ-soğanın ətri kəndin təmiz havasına mədənin qapılarını ardına qədər açan bir dad hopdururdu.
Əlin qabarı, alnın təri hamı üçün qürur yeri idi. İnsanlar mövsümlərə uyğun olaraq əmək alətləri – bel, kərki, dəryaz, yaba, baltalarını “saz” vəziyyətdə saxlayırdılar ki, işləri yarımçıq qalmasın. Cəmiyyət formasından asılı olmayaraq, halallığa əsaslanan kollektiv təsərrüfat həmişə bərəkətli olub.
Bəzi kəndlərdə tikilən yeni poçt məntəqələri, mədəniyyət evləri və bir neçə kəndi birləşdirən sovetliklərdəki işçi qüvvəsini qismən də olsa əhatə edən heyvandarlıq fermalarının istifadəyə verilməsi, yeni meyvə bağları massivlərinin salınması insanların həyat tərzinə də öz təsirini göstərirdi. Torpaq damlar kirəmitlə örtülür, bütün evlər elektriklə təmin olunurdu. Bəzi kəndləri rayon mərkəzi ilə o dövrə məxsus avtobuslar birləşdirirdi. İnsanlar alış-veriş üçün piyada gedib-gəlməkdən xilas olurdu.
Dövrün daxili və xarici ictimsi-siyasi durğunluqları və tez-tez böyüklərin yuxularını qaçıran yenilikləri nə qədər olsa da, insanların əməksevərliyi, bir-birilərinə hüsn-rəğbəti, hörmət və ehtiramı öz qızıl köhnəliyini qoryub saxlamaqda idi. Halal zəhmət və polad intizamlı ailə tərbiyəsinin saf iqlimində yetişən nəsillər də öz təbii axarını davam etdirirdi.
Böyük, kiçik öz yerini bilir, sosial mühitin rəngarəngliyi yaşanırdı. Kimliyindən asılı olmayaraq, böyük sözü, ağsaqqal, ağbirçək nəsihəti və xeyir-duası sosializmin məşhur prinsiplərindən də güclü və kəsərli idi. Səksəninci illərdə müəllimlərə kreditlə “Moskviç” minik maşını satılırdı. İşlədiyim kənd məktəbinin direktoru, hər gün qonşu kənddən gəlib-getdiyim üçün, mənə də maşın almağı məsləhət gördü. Anam müxtəlif səbəblər sadalayıb, maşın almağıma razı olmadı. Yalnız altmış yaşımda sükan arxasında əyləşə bildim. İndi nəinki, məsləhətsiz, xeyir-duasız maşın alırlar, heç kəsin xəbəri olmadan ailə qururlar və öz şəxsi işləri kimi də dağıdırlar.
Nəsillər ağsaqqalları, ağbirçəkləri ilə tanınırdı. “Əsil-nəsil” idiomu dəyər etalonu idi o vaxtlar. Günümüzdə çox adiləşsə də, insanlar yaxşılığa yamanlıq etməkdən, haqqı itirməkdən, bəd duaya düçar olmaqdan ilandan qorxan kimi qorxurdular.
İndi kənd, hər şeyi demək hələ tezdir, çox şeyini özü ilə aparan ağ kölgəsini məyus-məyus seyr edərək, məchul gələcəyinin qayğıları ilə yaşayır...
Torpağa əyilməkdən qorxanlar ya pay torpaqlarını çoxdan satıb xərcləyib, ya Bakıda məskunlaşıb, ya da aldıqları minik maşınları (əsasən “Jiquli”) ilə taksi xidməti göstərirlər. Acı nəticə ondan ibarətdir ki, insanlar təkcə kənddən deyil, ana torpaqdan da ayrı düşüb. Tənbəlliyə tutulanlar hər şeyin hazırını istəməkdən utanmırlar. Kənd təsərrüfatı məhsulları gündən-günə bahalaşır, bəziləri üçün əlçatmaz olur. Əbəs yerə deməyiblər ki, “sən ağa, mən ağa, inəkləri kim sağa”. Məsələ burasındadır ki, otrada inək də yoxdur ki, sağılsın. M. P. Vaqifin dediyi kimi:
Bayram oldu, heç bilmirəm neyləyim…
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur...
Bu poetik mətnin bəndlərində işlənmiş “çuval”, “motal” və “axta zoğal” sözləri uşaqların çoxları üçün arxaik sözlərdir. İngiltərədə XVI əsrdə “qoyunların insanları yedikləri” kimi, indi də qoyunları və inəkləri maşınlar yeyir. Uşaqlar çöl-çəməndə bitən otların, güllərin adları bir yana qalsın, ev heyvanlarının da adlarını əllərindən düşməyən telefonlarından öyrənirlər.
Şəhərdən kəndə yalnız son nəfəsdən sonra deyil, sağlam, enerjili vaxtında qayıdıb yaşamaq, yaratmaq lazımdır. Gecikmək nə deməkdir, bilirsinizmi? Bir zamanlar sənin olmuş torpağa ayaq basmaq ərkin olmayacaq. Olsa-olsa kim və ya kimlər tərəfindənsə yaradılmış həmin təsərrüfatda təklif olunan əmək haqqı məbləğinə razılaşıb işləmək fürsətin ola bilər. Sovet rejimi zamanı hər cür məhdudiyyətlərə baxmayaraq, kəndlilər 2-3 inək, 10-15 qoyun, keçi saxlayırdı. Hər cür imkanın olduğu günümüzdə isə heç kəs tərləmək istəmir. Qardaş Türkiyədə ali təhsilli gənc qızların belə təsərrüfat yaradıb, kəndin bərəkətini özünə qaytardıqlarını seyr edəndə gənc oğlanlarımızın “iş yoxdur” deyib, bekarçılıqdan vaxtsız qocalmalarına acımamaq olmur.
Urbanizasiya, əhalinin yaxşı həyat şəraiti üçün böyük şəhərlərdə məskunlaşması qlobal problemdir. Bir aforizmdə deyilir ki, xoşbəxt həyatı axtarmaq deyil, yaratmaq lazımdır. Həm də hamıya məlumdur ki, xoşbəxt həyatı hər yerdə yaratmaq mümkündür. Kənddə isə onu yaradıb yaşamaq daha asan və zövqvericidir. Qalır, çırmanıb çalışmağa başlamaq...
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Mart 2026 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see245

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see210

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see208

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see207

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see206

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see205

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see204

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see201

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see196

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see193

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see190

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see188

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see187

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see187

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see184

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see184

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see181

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see179

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see174

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri