Icma.az
close
up
RU
Rahib Alpanlı Torpağın dili

Rahib Alpanlı Torpağın dili

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.

Çox da uzaq olmayan keçmişdə kəndlərin tərəqqisini torpağa bağlı insanların cəfakeşliyində görürdülər. Onlar öz nümunələri ilə gəncliyi də bu gözəl ənənəyə sövq edir, torpağa, yurda bağlı olmasına çalışırdılar. Savadı olmayan, lakin əkib-becərmək aşiqi yaşlı nəsil nümayəndələri də, tez-tez bu təcrübəli mütəxəssislərə müraciət edib, torpağın dilini öyrənməyə davam edirdilər. Yaxşı bilirdilər ki, torpağın dilini öyrənmədən ondan gözlədiyin bar-bəhəri almaq mümkün deyil. Günümüz bu məsələnin nə qədər ciddi olduğunu bütün aydınlığı ilə sübut edir. Torpağın dilini bilmədiyi və öyrənmək istəmədiyi üçün neçə-neçə kənd sakini öz pay torpaqlarını dəyər-dəyməzinə satıb “rahat nəfəs alır”, nəyin bahasına olur-olsun paytaxtda məskunlaşmağa çalışır. Bir vaxtlar qonşu evlərin pəncərə və balkonundan gecənin bağrına süzülən işıq selləri insanda nə qədər ruh yüksəkliyi, çalışmaq, əkmək-becərmək həvəsi yaradırdısa, indi sakinlərin isti nəfəsinə həsrət qalmış ev-eşiklər bir o qədər ruh düşkünlüyü, tənhalıq vahiməsinə səbəb olur. Gənclər seyrəldikcə kənd əhalisi göz önündə qocalır, sanki ömrün üzünə bədbinlik şehi hopur, həyat eşqi öləziyir.
Nəslən torpağa bağlı insanlar isə nəticədən tam razı qalmasalar da, bildikləri və eşitdikləri əsasında əkir, becərir. Belə çıxır ki, torpağın dilini mükəmməl bilən insanlar lazımdır ki, kəndli onun ilahi səxavəti ilə alnının təri, əlinin qabarını güldürə bilsin.
Təcrübə göstərir ki, torpağını becərmək üçün bu gün kəndliyə mütəxəssis köməyi daha çox lazımdır. Bu sahədə çətinliklər gündən-günə artır. Xüsusilə əkinçilik sahəsində vəziyyət acınacaqlıdır. Dədə-babadan eşitmişik ki, bol taxıl əldə etmək üçün, normal təbii amillər daxilində, əsas üç şərt vacibdir: vaxtında və keyfiyyətli qaldırılan şum, sağlam toxum və vaxtında başlanıb vaxtında bitən səpin prosesi. Bizdə bunların heç biri öz vaxt-vədəsində həyata keçirilmir. Ona görə də “nə əkərsən, onu biçərsən” məsəli ayaq tutub yerimir. Aydınlıq üçün misallara müraciət edək.
Hələ öz yaşımızda görmüşük ki, əkin biçilən kimi, arxasınca şum qaldırırdılar. Canında kifayət qədər rütubət olan torpağı biçin arxasınca, rütubəti buxarlanıb donana qədər şumlamaq daha asan olur. Yayın istisində yanıb-qovrulan, tozanaqlaşan torpaq səpin üçün əla zəmin yaradır. Bizdə bu iş necə olur və niyə belə olmur? Bu da çox maraqlıdır.
Müəyyən qədər vəsaiti olan bir-iki nəfər traktor alır, sürməyi bacarsa da, mexanizator savadı olmadığı üçün kotanı nizamlaya bilmir, torpağın “üzünü qaraldıb” gedir. Ən arzuolunmaz iş şumun olduqca gecikməsidir. Texnika azlığı əksər torpaq sahiblərinin növbəsini oktyabr, noyabr aylarına, bəzən isə dekabr ayına qədər uzadır.
Hələ sovet dövründə deyilirdi ki, əkin torpağı payızın sonuna qədər örtməlidir. Bizdə bu mühüm amil mart, aprel aylarında reallaşır. Üstəlik, gecikmiş səpin zamanı toxumun üstünü örtməyə tozanaq torpaq tapılmır, dənin bir hissəsi ağır kəsəklərin altında qalıb çürüyür, bir hissəsini də quşlar və siçanlar daşıyır, dayazda qalanını da şaxta vurur. Ona görə də, “nə əkiriksə onu da biçirik”. Kifayət qədər dərinliyi olmayan şum sahələrində toxumdan əvvəl alaq otları baş qaldırır, gəmiricilər də qışa hazırlıq görərək sürətlə yeni yuvalarını qurur, saysız-hesabsız dəliklər ovur, yollar çəkirlər. Nəticədə, müntəzəm görülən tədbirlərə baxmayaraq, yaz fəslində əkin sahələrində çox sayda böyüklü-kiçikli səhra adaları peyda olur.
Bir məsələni də qeyd etməmək mümkün deyil. Aqrotexniki qulluq adına verilən gübrə növləri və onların verilmə vaxtı və norması da gözəyarı həyata keçirilir. Yazda yam-yaşıl zəmi yerinə qap-qara otlaq sahələrinə təəccübsüz baxmaq olmur.
Biçinin keyfiyyətli aparılması üçün heç kəs məsuliyyət daşımır. Taxılın itməsi də, hasil olan məhsulun təmizliyi də qalır insaf etibarına.
Keçmişin deyimlərində həkk olunmuş, zaman sınağından çıxmış həqiqətlərin əksinə olaraq, güldürmək üçün torpağı incitmək, dirilmək üçün onu öldürmək yerinə küsüb yaxasını kənara çəkmək, dünyaya göz açdığın, çörəyini yeyib, suyunu içib boya-başa çatdığın kəndi yaşlı insanların ümidinə buraxıb, şəhərə qaçmaq torpaq uğrunda canını əsirgəməyən şəhidlərin ruhuna, hörmətinə laqeydlik deyilmi?
Yeri gəlmişkən, bu il mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki nitqində Azərbaycan Prezidenti İlham Əliyev qlobal urbanizasiyanın vüsətindən bəhs edərək demişdir:
“Bu, təkcə ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Regional İnkişaf Proqramının və proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır”.
Türk dünyasının görkəmli söz və saz ustası, “torpaq şairi” Aşıq Veysəlin poetik vəsiyyəti bütün gənclik üçün gözəl nümunədir.
...Necə gözəllərə bağlandım qaldım,
Nə bir vəfa gördüm, nə fayda gördüm.
Hər türlü istəyim torpaqdan aldım,
Mənim sadiq yarım qara torpaqdır.
Qoyun verdi, quzu verdi, süd verdi,
Yemək verdi, çörək verdi, ət verdi.
Kətmən ilə döymədikcə qıt verdi,
Mənim sadiq yarım qara torpaqdır.
Adəmdən bu dəmə nəslim gətirdi,
Mənə növün-növün meyvə yedirdi.
Hər gün məni təpəsində götürdü,
Mənim sadiq yarım qara torpaqdır...
Kəndin gələcəyi və torpağa münasibətdə yeni və şad xəbər ondan ibarətdir ki, bu dərs ilindən ADPU Quba filialında “Aqronomluq” ixtisası fəaliyyətə başlayıb.
Ümidvarıq ki, ADPU Quba filialında aqronomluq ixtisasına yiyələnəcək mütəxəssislər yaxın gələcəkdə region fermerlərinin ən etibarlı və əlçatan məsləhətçisi olacaq, dövlətimizin strateji əhəmiyyətli sahəsinin - taxılçılığın sürətlə inkişafına öz töhfələrini verəcəklər.
Kəndin zəhmət qoxulu nəfəsi gəncləri kəndə təkcə yay istirahəti üçün deyil, yenidən əkib-becərməyə, torpağı alın təri ilə sevindirməyə, vaxtsız qocalan kəndləri gənclik eşqi ilə canlandırmağa cəzb edəcək.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Sentyabr 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri