Rahil Məmmədov Radomyak ın heyətində niyə oynamır? millimizin üzvünün vəziyyəti bəlli oldu
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Polşanın “Radomyak” klubunun azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun bu ilin fevralından komandanın heyətində yer almamasının səbəbi məlum olub.
Sportal.az “Weszło” portalına istinadən xəbər verir ki, millimizin üzvünün oynamamasına səbəb ilkin olaraq zədə hesab edilsə də, sonradan əsas problem dəqiqləşib.
Belə ki, zədəsini sağaldan Məmmədov Azərbaycan millisinə dəvət edilib. O, millinin düşərgəsindən Renat Dadaşovdan fərqli olaraq, bir gün gec qayıdıb. Təcrübəli stoper gecikməsi ilə bağlı xəbərdarlıq etməyib və bu, baş məşqçi Joau Enrikeşin xoşuna gəlməyib.
Portuqaliyalı mütəxəssis buna görə Məmmədovu cəzalandırıb. Rahilin mövsümün sonunda “Radomyak”dan ayrılacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Rahil Məmmədov “Radomyak”dan ayrıldı
14 May 2025 09:13
Radomyak dan ayrılan Rahil Məmmədov Azərbaycan klublarından təklif gözləyir
15 May 2025 09:49
Rahil Məmmədov: Belə bir vəziyyətdə Radomyak da qalmağın mənası yoxdur
14 May 2025 11:53
Rahil Məmmədov hardadı?
24 Aprel 2025 16:32
Millimizin hücumçusu “Radomyak”la vidalaşıb
30 İyun 2025 18:20
Baxış sayı:85
Bu xəbər 27 Aprel 2025 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















