Rakif Əliyev: “Şimal” gözlədiyimizdən daha güclü oynadı”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Şimal”a 1:4 hesabı ilə uduzmağımız məyusedici oldu. Açığı, rəqib gözlədiyimizdən daha yüksək səviyyədə çıxış etdi”.
Bu sözləri “Zaqatala” futbol komandasının baş məşqçisi Rakif Əliyev deyib.
Mütəxəssis komandasının Birinci Liqanın səkkizinci turunda “Şimal”a məğlub olduğu oyunla bağlı fikirlərini bölüşüb.
“Xüsusilə Niyazi Osmanov fərdi keyfiyyətləri ilə diqqət çəkdi və bizə meydanda xeyli çətinlik yaratdı. Onun oyunu “Şimal”ın hücum potensialına ciddi təsir göstərdi. Biz isə buraxılan qollardan sonra toparlanmaqda və oyunun ritmini bərpa etməkdə çətinlik çəkdik. İlk qoldan sonra hesabı bərabərləşdirmək üçün müəyyən cəhdlərimiz oldu, lakin sonrakı qollar vəziyyətimizi daha da ağırlaşdırdı. Belə qarşılaşmalarda oyunun gedişinə nəzarəti itirməmək çox vacibdir. Təəssüf ki, bunu bacarmadıq”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Əliyev komandasının mövsümdəki çıxışını dəyərləndirib:
“Zaqatala”nın indiki nəticələrində qeyri-adi heç nə görmürəm. Bir neçə komandaya qalib gələrək 3 xal qazanmışıq. Bəli, oyun planımızda hələ istədiyimiz səviyyədə inkişaf yoxdur, amma nəticələrimizi də mənfi qiymətləndirmirəm. Komanda yeni mərhələdən keçir və daha yaxşı oyun göstərmək üçün çalışırıq. Bəzi matçlarda istədiyimizi meydanda tam reallaşdıra bilmirik. Bununla belə, futbolçuların əzmkarlığından narazı deyiləm. Qarşıdakı oyunlarda həm nəticələrimizi, həm də meydandakı çıxışımızı yaxşılaşdırmağa çalışacağıq. Əsas məqsədimiz daha stabil komanda təsiri bağışlamaqdır”.
Qeyd edək ki, “Şimal” - “Zaqatala” matçı meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Noyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















