Icma.az
close
up
RU
® “Techxəbər” cəmi bir ayda Azərbaycanın media məkanında yeni səhifə açdı

® “Techxəbər” cəmi bir ayda Azərbaycanın media məkanında yeni səhifə açdı

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

InnMedia (Innovation Media Services MMC) şirkətinin həmtəsisçisi və rəhbəri Kuseba Teymur ilə “Techxəbər”, texnologiya, kosmos, elm, süni zəka (intellekt), startap, robotlar, cihazlar və innovasiya sahəsində rəsmi informasiya-analitik xəbər portalı haqqında müsahibə:

- techxeber.az xəbər portalının fəaliyyətə başlamasından cəmi bir ay keçib. Bu ay sizin üçün necə keçdi?

- Açığı, bu qədər sürətli artım gözləmirdik. Biz daha sakit, mərhələli inkişaf planlaşdırırdıq. Lakin artıq bir ay ərzində 10 mindən çox aktiv oxucu və geridönüş edən unikal istifadəçi auditoriyasına sahib olmaq bizi ölkənin ən sürətlə inkişaf edən rəsmi ixtisaslaşmış media platformalarından birinə çevirib.

Təkcə sayt deyil, sosial şəbəkələrdə yayımladığımız materiallar ümumilikdə 1 milyondan artıq izlənmə toplayıb. Bəzi videolar, podkast formatları izlənmə rekordları qıraraq geniş auditoriyanın diqqətini çəkib.

- Belə sürətli artım texniki problemlər yaratmadımı?

- Yaratdı. Trafikin bu qədər sürətlə artacağını gözləmirdik. Bir anda serverlər yüklənməyə başladı və operativ olaraq hesablama gücünü genişləndirməyə məcbur olduq. Bununla belə, istifadəçilərin portala fasiləsiz girişini təmin etdik və sistem dayanıqlı çalışdı.

- Bu bir ay ərzində ən böyük nailiyyətiniz nə oldu?

- Rəqəmlərdən də önəmlisi odur ki, biz media bazarında real dəyişikliklərə səbəb ola bildik. Biz əvvəldən demişdik ki, Azərbaycanın media mühitini texnoloji cəhətdən yeniləmək istəyirik və bu artıq baş verir.

Ən çox diqqət çəkən yenilik hər xəbərin avtomatik səsləndirilməsi oldu. Əvvəllər bu ideyaya çoxları şübhə ilə yanaşırdı, onu qeyri-mümkün və baha hesab edirdi. Lakin techxeber.az bunu kütləvi şəkildə tətbiq etdi və insanlar artıq xəbərləri təkcə oxumur, həm də dinləyirlər - maşında, metroda, yolda.

Ən maraqlısı odur ki, ölkənin ən böyük media resurslarından biri artıq bizim nümunəmizi izləyərək AI əsaslı xəbər səsləndirmə sistemini tətbiq etməyə başlayıb. Bu, Azərbaycan mediasında yeni mərhələnin başlanğıcıdır.

- Bu, bazara təsir etdiyinizi göstərirmi?

- Bəli. Bu, bizi sevindirir və məsuliyyətimizi artırır. Bizim məqsədimiz rəqabət yox, bütün sahə üçün yeni standart yaratmaqdır. Media bazarının daha innovativ, şəffaf və oxucu yönümlü olmasını istəyirik. Əgər böyük media qurumları, bizə baxıb, bu dəyişiklikləri qəbul edirsə, deməli, doğru yoldayıq.

- Yaxın planlarınız nələrdir?

- İnkişaf dayanmayacaq. Qarşıdakı dövrdə bir neçə yeni ixtisaslaşmış layihə istifadəyə veriləcək. Bir sıra media resurslarının bizim platformaya keçidi ilə bağlı danışıqlar aparılır. Süni intellekt, kontentin fərdiləşdirilməsi, multimedia formatlarının artırılması - bunlar əsas prioritetlərimizdir.

Biz bir ilə planlaşdırdığımız nəticələrin bəzilərini artıq bir aya əldə etdik. Bu isə yalnız başlanğıcdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri