Icma.az
close
up
RU
Azərbaycanın enerji suverenliyində yeni səhifə

Azərbaycanın enerji suverenliyində yeni səhifə

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanın energetika tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilən “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi, ölkənin iqtisadi və strateji inkişafında mühüm rol oynamaqla yanaşı, həm də milli ruhun, zəfər əzminin infrastrukturda təcəssümüdür.
Prezident İlham Əliyevin Mingəçevirdə keçirilən açılış mərasimindəki çıxışı bu hadisənin sadəcə texniki deyil, siyasi, tarixi və mənəvi çalarlarını da ortaya qoydu.
1880 meqavat generasiya gücünə malik olan “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın indiyədək ən böyük elektrik stansiyasıdır və bu, ölkənin ümumi elektrik enerjisi istehsalının 40 faizindən çoxunun Mingəçevirdə gerçəkləşdirildiyini göstərir. Belə bir güc mərkəzinin yaradılması Azərbaycanın enerji sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, Mingəçeviri Cənubi Qafqazın aparıcı energetika mərkəzinə çevirir.
Mingəçevirdə energetika ənənəsi 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyası ilə başlamışdı. Həmin dövrdə sovet miqyasında belə strateji əhəmiyyət daşıyan bu infrastruktur Azərbaycanın enerji təhlükəsizliyində əsas dayaqlardan biri olmuşdu.
Müstəqilliyin ilk illərindəki enerji böhranı fonunda həmin stansiya ölkəni qaranlıqda qoymamaq üçün öz rolunu qorudu.
Son 20 il ərzində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji sektorunda genişmiqyaslı islahatlar və infrastruktur quruculuğu həyata keçirildi. “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulması, Su Elektrik Stansiyasının gücləndirilməsi və nəhayət, “8 Noyabr” Stansiyasının rekord müddətdə - cəmi iki ilə inşası bu siyasətin parlaq nəticəsidir.
Müqayisə üçün qeyd olunmalıdır ki, sovet dövründə bir blokun inşası yeddi il çəkirdisə, bu gün 2 min meqavatlıq stansiya cəmi iki ilə ərsəyə gəlmişdir. Bu sürət və keyfiyyət həm yerli mütəxəssislərin peşəkarlığının, həm də beynəlxalq tərəfdaşlarla, xüsusilə İtaliya və Çinlə səmərəli əməkdaşlığın nəticəsidir.
Çin şirkətləri günəş panelləri və texnoloji avadanlıq təminatında, İtaliya isə qaz və enerji infrastrukturu sahəsində uzunmüddətli tərəfdaş kimi layihədə iştirak edib.
Enerji sektoru hər bir ölkənin milli təhlükəsizlik sütunlarından biridir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçeviri, xüsusilə stansiyanı və su bəndini hədəfə alması enerji infrastrukturunun strateji əhəmiyyətini bir daha ortaya qoydu. Bu təhdidlər fonunda ölkəmiz daha dayanıqlı və təhlükəsiz enerji şəbəkəsi qurmağa nail oldu.
Yeni stansiyanın enerji səmərəliliyi də xüsusi qeyd olunmalıdır. Şərti yanacağa qənaət edilməsi sayəsində daxili ehtiyatlar daha səmərəli istifadə olunur, təbii qaz ixracı artır və nəticədə ölkənin iqtisadi gəlirləri yüksəlir.
Eyni zamanda, 2030-cu ilə qədər Azərbaycanın 6500 meqavat yaşıl enerji istehsal etməyi hədəfləməsi ölkənin həm enerji müstəqilliyini, həm də ekoloji dayanıqlığını möhkəmləndirəcəkdir.
Stansiyaya “8 Noyabr” adının verilməsi isə dərin simvolik mənaya malikdir. Bu tarix 2020-ci ildə Qarabağ Zəfərinin əldə olunduğu gündür. Bu addım, zəfər ruhunun milli inkişafa və iqtisadi gücə transformasiyasının rəmzi olaraq enerji infrastrukturuna da yansıdır.
Bu, həm də Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelinin ideoloji əsaslarını formalaşdırır.
“8 Noyabr” Elektrik Stansiyası yalnız enerji istehsal edən texniki qurğu deyil – bu, milli müstəqilliyin, strateji düşüncənin və qələbə əzminin birləşdiyi möhtəşəm layihədir. Azərbaycan bu stansiya ilə enerji sektorunda təkcə daxili tələbatı deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş rolunu daha da gücləndirmiş olur.
Bununla da, ölkəmiz regional və qlobal miqyasda sabitlik, inkişaf və tərəqqi məkanı kimi öz nüfuzunu daha da möhkəmləndirir.
Firdovsi Calalov
Masazır bələdiyyəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri