Ramasvami Trampın verdiyi vəzifədən imtina edir
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Vivek Ramasvami İlon Maskla birlikdə rəhbərlik edəcəyi yeni Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsindən istefa verə bilər.
Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ramasvami yanvarın sonuna qədər Ohayo ştatının qubernatoru üçün kampaniya elan etmək niyyətindədir:
“Bundan əlavə, o, departamentin işçi qrupunda getdikcə daha az iştirak edir və bu da işçilər arasında narazılığa səbəb olur”.
Qeyd edək ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Vivek Ramasvami namizədliyini Donald Trampın xeyrinə geri götürmüşdü.

Milyarder Ramasvami İlon Maskla işləməkdən imtina edib
22 Yanvar 2025 12:53
Ramasvami ABŞ də yaradılan yeni nazirliyə rəhbərlik etməkdən imtina etdi KONKRET
21 Yanvar 2025 11:15
Mask və Ramasvami bir neçə agentliyi bağlamaq istəyir
18 Noyabr 2024 10:51
Trampın gəlini vəzifədən GEDİR
09 Dekabr 2024 12:32

