Icma.az
close
up
RU
Ramazan Abbasov: “Millimizdə işləmiş əcnəbi məşqçilərin Azərbaycan futboluna heç bir xeyri olmadı” MÜSAHİBƏ

Ramazan Abbasov: “Millimizdə işləmiş əcnəbi məşqçilərin Azərbaycan futboluna heç bir xeyri olmadı” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Millətlər Liqasında bu cür güclü rəqiblər olmayacaq, uzağı 1 güclü komanda ola bilər”.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ramazan Abbasov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Yığma komandamızın Fransa (0:3) və Ukraynaya (1:2) məğlub olduğu səfər oyunlarını necə dəyərləndirirsiniz?

– Fransanın gücü hər kəsə məlumdur. Həddindən artıq güclü rəqiblə üz-üzə gəlirdik. Fransızlarla oyunda məqsəd ancaq az qol buraxmaq idi, millimiz bunu bacardı. Fransaya qarşı oyun göstərmək mümkün deyildi və bu, başadüşüləndir. Ukrayna ilə matça gəlincə, millimizin son illərdə göstərdiyi ən yaxşı oyunlardan biri idi. Futbolçularımız Ukrayna millisindən qorxmadılar, çəkinmədən mübarizə apardılar. Qol vura bildik, başqa epizodlarımız da oldu. Gələcəyə nikbin baxmaq olar.

– Sizcə, Ayxan Abbasov millidəki ilk matçlarından bizi gələcək uğurlara inandıra bildi?

– Əlbəttə ki, yerli məşqçi amili böyük rol oynayır. Yerli məşqçi öz futbolçularımızı, futbolçularımız da onu yaxşı tanıyır və bir-birləri üçün əllərindən gələni edirlər. Əsas məsələ məşqçinin futbolçuları yaxşı tanımasıdır. Bu gün Azərbaycan millisinin legioner mütəxəssisə ehtiyacı yoxdur. Ən vacibi odur ki, ilk növbədə aşağı yaş qrupları üzrə millilərimiz nəticələr versinlər. Bu baş verdikcə, gələcəkdə əsas yığmamız üçün də faydalı olacaq. Bu gün yerli futbolçuların qıtlığı millini də çətin vəziyyətə salır. Çempionatda legioner limitinin ləğvi o deməkdir ki, klublarımız gənclərə elə də çox şans verməyəcəklər və vermirlər də – bu, göz qabağındadır. Gənc futbolçularımız Premyer Liqa klublarında əsas heyətdə oynamalıdırlar ki, gələcəkdə A milliyə də faydalı olsunlar. Əvvəllər U-21-də oynayan uşaqların 99 faizi yüksək dəstədə əsas heyətdə oynayan uşaqlar idi.

– Gələn ay bizi İslandiya və Fransa ilə ev oyunları gözləyir. Bu görüşlərdə hansı nəticələrə ümid edirsiniz?

– Millidə ən vacib məsələ nədir? Gəlmisənsə, can qoymalısan. Bugünkü gündə uşaqlar həqiqətən də sona kimi mübarizə aparırlar. Görünür ki, istək var. Buna görə də yaxşı nəticələr gözləmək olar.

– Millinin son 3 oyunundan sonra əksəriyyət hazırkı yığmanın Millətlər Liqasında uğurlu çıxış edəcəyinə inanır. Sizdə də bu inam varmı?

– Millətlər Liqasında bu cür güclü rəqiblər olmayacaq, uzağı 1 güclü komanda ola bilər. Mənə elə gəlir ki, həmin turnirdə qrupdan çıxmaq mümkündür. Hamımız millimizin nəticələr verməsini istəyirik. Ümid edirik ki, hər şey yaxşı olacaq.

– Ayxan Abbasova qədər uzun illər millimizə xarici məşqçilər rəhbərlik etdi. Onları gətirməklə illəri boşa verdik. Elə deyilmi?

– Əlbəttə, elədir. Uzun illər ərzində millimizə gəlib-gedən xarici məşqçilərin Azərbaycan futboluna heç bir xeyri olmadı. Onlara xərclənən pullar vaxtında aşağı yaş qruplarına xərclənsəydi, bəlkə də bu gün millimizdə futbolçu seçimi daha çox olardı. İnşallah, bundan sonra bu istiqamətdə işlər yaxşı gedər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri