Icma.az
close
up
RU
Ramella Məmmədova vəzifə səlahiyyətindən sui istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR

Ramella Məmmədova vəzifə səlahiyyətindən sui istifadə edərək müəllimə öz haqqını vermir! ŞOK FAKTLAR

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Tehsilmedia.az saytının redaksiyasına daxil olan şikayətlərdən biri də Füzuli Təhsil Sektorunun müdiri Ramella Məmmədovadandır. Belə ki, Ramella Məmmədova öz haqqını tələb edən, sevilən və seçilən müəllimlərdən Sifahanov Coşqunun haqqına girmiş və müxtəlif oyunlarla özbaşınalığa yol açmışdır. Belə ki, Coşqun Sifahanov Füzuli rayon 39 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Müəllim 2023-cü ildə direktorların işə qəbulu imtahanında iştirak etmiş və hər iki mərhələdən uğurlu keçmişdir. Komissiya rəyinə uyğun olaraq müavinlik üçün uyğun görülmüşdür. Ehtiyat kadrlar siyahısına daxil olmuşdur. Elə problemlər də buradan başlamışdır. Əvvəlcə, öz məktəbinə müavin kimi təyin ediləcəyi gözlənilsə də, Nazirliyin əmrinə müvafiq olaraq metodbirləşmələrin ləğv edilməsi ilə həmin məktəbə metodistlərdən birini müavin təyin etdilər. Beləliklə, 26 dekabr 2024-cü ildən Zərəntac Məmmədova Füzuli rayonu 39 nömrəli tam orta məktəbin direktor müavini kimi fəaliyyətə başlamışdır.

Amma Coşqun Sifahanov 6-7 aydır ki, heç bir vakansiyaya yerləşdirilmir. Rayonda kifayət qədər vakansiyalar olmasına rəğmən heç bir vakansiyaya təyin edilmir. Məsələn, Horadiz şəhər 3 nömrəli məktəbin müavini olmadığı halda ora təyinat verilmədi, bildirildi ki, oranın adamı var. 3 ildir oranın müavini Füzuli rayonu 39 nömrəli məktəbdə direktor idi.

Nəhayət, metodbirləşmələr ləğv olunduqdan sonra oraya müavin təyin edildi. Madam imtahanın heç bir əhəmiyyəti yoxdur, hamı ürəyi istəyəni təyin edir, onda niyə Coşqun Sifahanov yenidən imtahan verməlidir?! Belə ki, müəllim imtahanı uğurla versə də, komissiya rəyi olsa da, müəllim Ramella Məmmədovun istəyinə əsasən heç bir təyinat ala bilmir. Bu haqda qanuni səviyyədə dəfələrlə həm Füzuli Təhsil Sektoru müdiri Ramella Məmmədovanın, həmçinin Qarabağ Regional Təhsil İdarəsi müdiri Sənan Mənsimlinin qəbulunda olsa da, heç bir nəticə yoxdur. Ramella xanım Sənan Mənsimlinin üzərinə atır, özünün heç bir səlahiyyətinin olmadığını vurğulayır.

Bir il öncə Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşları Ramella xanıma bildirirlər ki, rayonda Qayıdış qəsəbəsində müavin yeri vakant olan məktəb var, rayonda da iki nəfər müəllim ehtiyat kadrlardadır: Mətin Qasımov və Coşqun Sifahanov. Bunu deyən kimi Ramella Məmmədova deyir: “Coşqun o məktəbə getməz, ora başqa adam təyinat verin”. Bu da bir daha göstərir ki, Ramella Məmmədova təkbaşına, müəllimi dinləmədən qərar verir.

Beləliklə, bir gənc müəllimin arzuları və xəyallarını puç edir. Dəfələrlə qəbulda olsa da, konkret bir səbəb bildirmədən sadəcə olaraq yenidən imtahan verin bildirilmişdir. Hansı ki, Coşqun müəllim imtahandan uğurlu keçdiyini, komissiya rəyi olduğunu bildirir və əgər bu gün təyin olunmursa, yenidən imtahan verməyin də bir mənası olmadığını, onda da təyinat verməyəcəklərini dilə gətirir. Çünki hər mərhələdən uğurla keçdiyi halda heç bir təyinat verilmirsə, demək ki, bu birbaşa oyundur. Bundan əlavə, Ramella

Məmmədovanın kobud rəftarı, mən belə istəyirəm, mənim arxam var, heç kim mənə heç nə edə bilməz. Mənim ürəyim belə istəyir, get əlindən gələni et görüm nolacaq-kimi danışıqları hən təhsil sahəsində çalışan işçiyə layiq deyil, nə də ki, bir müəllimə qarşı düzgün etik davranış deyil. Qeyd edək ki, Coşqun Sifahanovun qardaşı Qarabağda əhrəmanlıqla döyüşən və qazi adı alan, 5 medalı olan igidlərimizdəndir. Amma nə fayda Ramella xanım, mənə heç kim heç nə edə bilməz, Burda mənəm, Bağdadda kor xəlifə deyərək işini davam etdirir. Dəfələrlə qanuni və mədəni səviyyədə müraciət edilsə də, hamısında təkrarlanmış məktublar göndərilmiş və qəti şəkildə səbəb bildirilməmişdir.

Demokratik ölkədə yaşadığımızı əsas götürərək Coşqun Sifahanov son olaraq Elm və Təhsil Naziri Cənab Emin Əmrullayevin qəbuluna yazılmışdır. Əməkdaşlar qəbul zamanı Coşqun müəllimi MÜTDA-nın direktor müavini Arslan Hacıyevə yönləndiriblər. Arslan Hacıyev mütləq məsələnin həll edəcəyini bildirsə də, bu həftə içində yenə eyni məktub gəlmiş və heç bir səbəb bildirilməmişdir.

Bilə-istəyə təyinatın verilməməsi, Ramella Məmmədovanın açıq-aşkar şəkildə heç kim mənə heç nə edə bilməz, istədiyimi edərəm, get sən də nə istəyirsən et deməsi heç də birmənalı qarşılanmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri