Icma.az
close
up
RU
Ramil Tağıyev: “SnackPack”in məqsədi qida israfı problemini insanların diqqətinə çatdırmaq və onlara endirimli yeməklər təklif etməkdir MÜSAHİBƏ

Ramil Tağıyev: “SnackPack”in məqsədi qida israfı problemini insanların diqqətinə çatdırmaq və onlara endirimli yeməklər təklif etməkdir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Ekologiya problemlərinin mövcud olduğu müasir dünyada kommersiya uğurunu sosial missiya ilə birləşdirən startaplar yaranır. Bu uğurlu layihələrdən biri “SnackPack” mobil platformasıdır. 2022-ci ildə yaranan layihə dövlət və beynəlxalq təşkilatlardan dəstək alaraq tez bir zamanda geniş auditoriyanın diqqətini çəkib.

AZƏRTAC-ın müxbiri “SnackPack” layihəsinin Baş icraçı direktoru Ramil Tağıyevlə söhbət edərək bu sosialyönümlü ideyanın necə yarandığı, komandanın yeni istifadəçiləri cəlb etmək üçün hansı addımlar atdığı və startapın beynəlxalq bazara çıxmaq üçün hansı planları olduğu barədə məlumat alıb.

- “SnackPack” ideyası necə yarandı?

- “SnackPack” ideyası 2022-ci ildə, startaplara maraqlanmağa başladığım dövrdə mənim və qardaşım Emil Tağıyevin təşəbbüsü ilə yarandı. Biz təkcə kommersiya baxımından deyil, həm də sosialyönümlü və cəmiyyətə fayda verə biləcək bir layihə qurmaq istəyirdik.

İaşə obyektlərində qida israfının geniş yayıldığını nəzərə alaraq, ölkəmizdə “axşam bazarı” konseptinin mövcudluğunu görüb bu modeli rəqəmsallaşdıran bir platforma yaratmaq qərarına gəldik. İT sahəsində təcrübəm olduğuna görə tətbiqin hazırlanmasına başladım. Sonra komandamıza Cavidan və Ataxan qoşuldu.

“SnackPack” rəqəmsal “axşam bazarı” mobil tətbiqidir. İstifadəçilər tətbiqi yükləyərək məkanların bağlanma saatlarında yeməkləri böyük endirimlərlə alır. Bununla onlar həm qənaət etmiş, həm də qida israfını azaltmış olurlar. Platformamız məkanlar üçün həm israfı və xərcləri azaldır, həm də markanın tanınmasını gücləndirir. İstifadəçilər üçün isə sərfəli təkliflərdən yararlanmaqla yanaşı, israf probleminin həllinin bir parçası olmaq imkanı yaradır. Hazırda tətbiqimizdə kafelər, şirniyyat mağazaları və hotellər mövcuddur.

Hazırda tətbiqimizdə kafelər, şirniyyat mağazaları, həmçinin “Absheron Hotel Group” ilə tərəfdaşlığımıza əsasən hotellər də mövcuddur. Bu müddət ərzində biz bir çox nailiyyətlərə imza atmışıq: "Regional İnkişaf" İctimai Birliyi, KOBİA, ICESCO və Mədəniyyət Nazirliyindən maddi dəstək almışıq, “Baku İD 2025” startap və innovasiya festivalının “Green-tech Startapı” seçildik, COP29 çərçivəsində beynəlxalq qonaqlara SnackPack-i təqdim etdik, Estoniyanın məşhur startap akseleratoru olan “Startup Wise Guys Acceleration Programı”nın məzunu olduq. Fürsətdən istifadə edərək, bizi dəstəkləyən qurumlara komandamız adından dərin təşəkkürümüzü bildirmək istəyirəm.

- İDEA İctimai Birliyi ilə əməkdaşlıq mühüm nailiyyətdir. Bu tərəfdaşlıq “SnackPack”in strateji istiqamətinə necə təsir etdi?

- İDEA İctimai Birliyi ilə tərəfdaşlıq bizim üçün həm inkişaf, həm də mənəvi baxımından çox önəmlidir. İDEA Azərbaycanın ən fəal ekoloji təşkilatıdır və onların fəaliyyəti ölkədə ekoloji düşüncənin formalaşmasına, eləcə də gənclərin bu sahəyə marağının artmasına böyük təsir göstərir. Biz də gənclər olaraq inanırıq ki, ekoloji təşəbbüslərə qoşulmaq cəmiyyətimiz üçün çox önəmlidir.

Mənim üçün xüsusilə dəyərli məqamlardan biri Leyla Əliyeva ilə görüşmək və layihəmiz haqqında danışmaq imkanı oldu. “SnackPack” ictimaiyyətdə “food waste” mövzusuna diqqət çəkmək, insanları maarifləndirmək və bu hərəkatı daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Belə əhəmiyyətli təşkilatın dəstəyi bizim üçün həm sevinc, həm də məsuliyyətdir. İnanıram ki, bu tərəfdaşlıq sayəsində qida israfı probleminə birlikdə sosial və ekoloji təsir göstərə bilərik. İDEA ilə əməkdaşlıq sayəsində biz daha çox iaşə obyektləri cəlb edə bilir, qida israfına dair maarifləndirmə kampaniyaları, birgə təşəbbüslər, onlayn və oflayn kampaniyalar, gənclərlə qarşılıqlı fəaliyyət göstərə bilirik. Biz həmçinin ölkəmizin digər şəhərlərində fəaliyyət göstərməyimizi səbirsizliklə gözləyirik.

- Dünya bazarına çıxış üçün nə planlarınız var?

- Qlobal genişlənmə planımızda Özbəkistan bazarı var. Hazırda SnackPack komandası “IT Park Uzbekistan” texnoloji xabı tərəfindən təşkil olunan üç aylıq inkubasiya proqramının iştirakçısıdır. Hədəfimiz 30 komanda arasından seçiləcək qaliblərdən biri olmaqdır. Qalib olacağımız təqdirdə Özbəkistan bazarına daxil olmağı planlaşdırırıq. Bu, bizim ilk beynəlxalq addımımız olacaq və Orta Asiya regionunda aparıcı “food-saving” platforması kimi genişlənmək üçün yeni imkanların aça bilər. Ümid edirik ki, bu nailiyyət reallığa çevriləcək və doğma Azərbaycanımızın startapının beynəlxalq səhnədəki uğuruna hamımız birlikdə sevinəcəyik.

- Hər hansı sosial və ekoloji startapın uğur qazanması üçün ən vacib amil nədir?

- İnsanların təşəbbüsə maraqla yanaşması və platformadan istifadə etmək istəməsidir. Çünki hər hansı sahəyə yenilik gəldikdə, onu tanıtmaq üçün həm resurs, həm də vaxt tələb olunur. Fikrimcə, sosial startaplar üçün önəmli amil onların verdiyi real töhfə və onun dərəcəsidir. Bizim startapımızın kontekstində bu, ilk növbədə, qida israfı problemini insanların diqqətinə çatdırmaq, onları bu mövzuda maarifləndirmək, ətrafdakılarla bölüşməyə təşviq etmək və endirimli yeməklər təklif etməkdir. İstifadəçilərimiz isə bu təkliflərdən yararlanaraq həm dadlı, endirimli yeməklərdən zövq alır, həm də hərəkatımızın mühüm bir parçasına çevrilirlər. Hər gün kiçik, amma faydalı töhfəni görmək və insanlara bu dəyişiklikləri hiss etdirmək çox vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri