Ramin Deko saxlanılıb
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Vətəndaş Ramin Cəbrayılzadə (Ramin Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.
Bu barədə yayılan xəbəri DİN-in Mətbuat Xidməti təsdiqləyib.
Bildirilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.
Əlavə məlumat veriləcək(APA).

