Ramin İsayevin işində yenilik: Sıfırdan başlayacaq
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin işini araşdıran hakim dəyişib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İsayevin məhkəməsinə bundan sonra hakim Vüqar Quliyev sədrlik edəcək. Onunla eyni tərkibdə Şəlalə Həsənova və Elmin Rüstəmov da yer alır.
Bu iş üzrə bir neçə aydır məhkəmə gedir. Bu günə kimi işə sədrlik hakim Faiq Qəniyevdə idi. Amma onun yuxarı instansiyaya təyinat alması irihəcmli cinayət işinə baxışı yarımçıq saxlayıb.
Hakim dəyişikliyi ilə bağlı istintaq yenilənəcək, məhkəmə sıfırdan başlayacaq.
Qeyd edən ki, Ramin İsayev ötən ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İş üzrə dəymiş ziyan 54 milyon manatdır.
Fotoda: Hakim Vüqar Quliyev
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















