Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Ramiz Mehdiyev AMEA da hələ də üzv qalır? İsa Həbibbəyli iclasda məsələyə toxunmadı

Ramiz Mehdiyev AMEA da hələ də üzv qalır? İsa Həbibbəyli iclasda məsələyə toxunmadı

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, həmçinin AR Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Əvvəlcə AMEA-nın müxbir üzvü Amin İsmayılova AMEA-nın Fəxri fərmanı təqdim olunub.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" üzrə vahid fəaliyyət planının müddəaları və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri haqqında olub.

Daha sonra iclasda Azərbaycan Prezidentinin "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" 28 yanvar 2026-cı il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə baxılıb.

Müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə Xaqani Şirvaninin 900 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiq edilib.

Daha sonra iclasda müzakirəyə çıxarılan məsələ Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında olub.

Rəyasət Heyəti tərəfindən qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qərar qəbul edilib.

Eyni zamanda iclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmiş Beynəlxalq Akademiyalar Birliyinin Təsis konfransında iştirakının yekunları haqqında məlumat dinlənilib.

Həmçinin akademik Tofiq Nağıyevin 85, akademik Faiq Bağırzadənin 100, AMEA-nın müxbir  üzvü Oqtay Əfəndiyevin 100 və AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 75 illik yubileyi haqqında qərarlar qəbul edilib.

Lakin gözlənilənlərin əksinə olaraq, İsa Həbibbəyli Prezident Administrasiyasının keçmiş rəhbəri, bir sıra ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric olunması məsələsini müzakirəyə çıxarmayıb. Amma bunun səbəbi məlum deyil.

"Yeni Sabah" məsələ ilə bağlı AMEA-nın Mətbuat xidməti ilə əlaqə saxlayıb. Akademiyadan bildirilib ki, R.Mehdiyev məsələsinin nə zaman müzakirəyə çıxarılacağını yalnız rəhbərlik bilir:

"Ramiz Mehdiyevin AMEA-dan çıxarılması ilə bağlı məsələ Rəyasət Heyətinin iclasında müzakirə olunmayıb. Bu iclasda müzakirə olunan məsələlər qurumun saytında xəbər olaraq dərc edilib. Ramiz Mehdiyevlə bağlı qərarın nə vaxt veriləcəyini yalnız rəhbərlik bilir. Biz sadəcə Mətbuat xidmətiyik".   

Qeyd edək ki, AMEA Mətbuat xidməti fevralın 13-də R.Mehdiyevin akademiyadan xaric olunacağı barədə məlumat yayıb. Həmin məlumatda bildirilib:

"Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən çıxarılması haqqında bir neçə dəfə qəti mövqeyini ifadə edib. Bir daha bildiririk ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlətə xəyanətdə, hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunan Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının üzvlüyündə qala bilməz.

Milli Elmlər Akademiyası Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyü məsələsinə baxıb, onu üzvlükdən xaric edəcək. Bu barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Milli Elmlər Akademiyasının kollektivi baş vermiş cinayət hadisələrini qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir".

Amma deyəsən AMEA rəhbərliyi hələlik R.Mehdiyevi bağışlayıb, əks halda Rəyasət Heyəti o qədər məsələ ilə yanaşı Prezident Administrasiyasının keçmiş rəhbərinin akademiyadan xaric olunmasına da baxardı./Yenisabah.az

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri