Icma.az
close
up
RU
Menu

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Amazon kütləvi ixtisarlara hazırlaşır

RAMİZ MEHDİYEV və ƏLİ HƏSƏNOVLA ADI HALLANAN NURLAN HƏSƏNOV: o, kimdir? O qədər mülkləri ortaya çıxdı ki...(SİYAHI)

RAMİZ MEHDİYEV və ƏLİ HƏSƏNOVLA ADI HALLANAN NURLAN HƏSƏNOV: o, kimdir? O qədər mülkləri ortaya çıxdı ki...(SİYAHI)

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə gün öncə mediada PA-nın sabiq şöbə müdiri Əli Həsənovun 2 milyardlıq mülklərinin siyahısı dərc olunmuşdu. Siyahıda Əli Həsənovun yaxın adamı olan və vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutmuş Nurlan Həsənovla ortaq biznesləri də qeyd olunub. 
Mia.az-ın məlumatına görə, sözügedən siyahını Demokrat.az dərc edəndən sonra redaksiyamıza Nərimanov rayon sakinlərindən müraciətlər daxil olur.
Həmin müraciətlərdən birində iddia olunur ki, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V”  şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib. 
Şikayətdə sözügedən binaya komendat təyin olunmuş Əli Həsənovun Şərurdan olan İlkin adlı həmyerlisinin binanın mühafizə otağında əxlaqsızlıq yuvası yaratdığı iddia olunur.
Müraciətdə deyilir:
“Bu binada mənzillərin satış qiyməti həddindən artıq bahadır. Güya adını premium qoyublar, amma hər şey bərbaddır. Sadəcə reklamı yaxşıdır və mənzil bazarında yaxşı bina kimi tanıdılıb. Biz də elə reklama aldanıb burdan ev almışıq. Amma məsələ təkcə bundan bitmir. Yüksək qiymətə aldığımız ev üçün hər ay yüksək məbləğdə “kommunal haqqı” pulu yığılır. Əli Həsənovun zamanından belədir. İndi də Nurlan Həsənov idarə edir. Binada 1 kvadrat üçün 70 qəpik hesablayırlar. Nə üçün axı? Dəfələrlə özlərinə şikayət etmişik, xeyri yoxdur. İdarəçilik isə çox bərbaddır. Binada iyrənc şeylər olur. Əli Həsənov binaya İlkin adında Şərurdan olan həmyerlisini komendant qoyub. O isə komendant otağını əxlaqsızlıq yuvasına çevirib. Bütün abrımız gedib. Hələ bundan da betəri odur ki, komendant binada yaşayan boşanmış qadınlara və qızlara qarşı əxlaqsız hərəkətlər edir. Çünki normal olaraq bina sakinlərinin telefonları komendanta verilib. Komendat isə hansı qadını sahibsiz görürsə, onlara əxlaqsız mesajlar yazır. O, bütün günü komendant otağının qabağında gəlib-gedən qadınlara sataşır. Ona görə də binada hər an kriminal hadisə baş verə bilər”.
“Dostluq V”  şirkətinin direktor müavini Mahir Cəfərov isə iddiaları təkzib edib: “Bu şirkətin Əli Həsənov və Vəli Həsənovla heç bir əlaqəsi yoxdur. O cür adamları tanımırıq. Binamızda əxlaqsızlıq yuvası məsələsinə gəldikdə isə bildirirəm ki, burda o cür haram işlərdən əsla söhbət gedə bilməz. Biz ömür boyu halal pul qazanmış adamlarıq”.

***

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ev dustaqlığı qərarı və rəsmi şəkildə dövlətə xəyanət, hakimiyyətin zorla dəyişdirilməsinə cəhd maddələri ictimaiyyətdə çoxsaylı reaksiyalar doğurub və əlbəttə ki, bəzi versiyaların dövriyyəyə buraxılmasına səbəb olub.
Demokrat.az Axar.az-a istinadla xəbər verir ki, bu versiyalardan biri PA-nın sabiq şöbə müdiri Əli Həsənovun ifadəsi əsasında Ramiz Mehdiyev barəsində tədbirin görülməsidir. Bu ehtimalın inandırıcılıq dərəcəsini bir kənara qoyaraq, Əli Həsənovun adının xatırlanmasını vurğulayaq. Yəni Ramiz Mehdiyevin vətənə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi cəhdi ittihamlarında Əli Həsənovun “yada düşməsi” təsadüf deyil.
Əli Həsənov uzun illər PA-da şöbə müdiri vəzifəsini daşıyıb və bir müddət Prezident köməkçisi də olub. Rəqəmlərə diqqət edək: Ramiz Mehdiyev 1995-ci ilin 7 fevralında PA rəhbəri təyin edilib, qısa müddət sonra, elə həmin ildə Əli Həsənov PA-da İctimai-siyasi məsələlər şöbəsinə rəhbər gətirilib.
Ramiz Mehdiyev 23 oktyabr 2019-cu ildə PA-da vəzifəsindən azad edildi, cəmi bir ay sonra – 29 noyabrda Əli Həsənov yola salındı.Ramiz Mehdiyev və Əli Həsənovun eyni komandada oynadıqları haqda bundan sonra yayılan məlumat daha heyrətamizdir.
Mediada yayılan məlumata görə, hazırda Britaniyaya sığınan və oradan Azərbaycan hakimiyyətinə qarşı çirkin böhtanlar yağdırmaqdan çəkinməyən Qurban Məmmədov Nərimanov rayonunda o vaxt İcra Hakimiyyətinin işçisi olan Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində verilən əmlakla razılaşmayıb. Daha sonra Əli Həsənov o vaxt Nərimanov rayon icra başçısı olan Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni Q.Məmmədovun istəyinə uyğun həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Beləliklə, Əli Həsənov və Ramiz Mehdiyev tərəfindən gedən tapşırıqlar əsasında Nərimanov rayonu M.Nağıyev küçəsi 19/27-ci məhəllə 2a saylı ünvanda inşa edilən binada 3 mənzil Qurban Məmmədova verilib. Bu mənzillərin ümumi sahəsi 306.5 kv metr, qeyri-yaşayış sahəsi isə 909 kv metrdir. 80 kvadrat metr qaraj verilib. Ümumilikdə, Qurban Məmmədov saxta yolla 130 kvadratdan 480 kvadrat yazdırdığı sahə müqabilində Atlant İnşaatın tikdiyi yeni binada 1295.5 kvadrat metr ərazi əldə edib.
Bu sahəyə görə Q.Məmmədovun 1.324.500 manat pul ödədiyi deyilsə də, faktiki olaraq bu pul ödənilməyib. Bu əməliyyat tam şəkildə qanunsuzdur.
Q.Məmmədovun Əli Həsənovun dəstəyi ilə əldə etdiyi mülklərin sayının onlarla olduğu və onların dəqiq ünvanları da mediada yayılıb.
Maraqlıdır, Əli Həsənov niyə tələbə yoldaşı Qurban Məmmədova bu qədər yardım edib? Bunun arxasında hansı maraqlar dayanıb?
Bəs, Q.Məmmədova ilk yardımı edən Nurlan Həsənov kimdir?
Nurlan Həsənovun ilkin 500 000 dollar kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasından qazanması haqda istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta buna görə o, beynəlxalq axtarışa da verilibmiş.
Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdir. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da, Konkret.az yazır ki, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı.
Eldar Mahmudovun öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi vurğulanır. Nurlan Həsənov isə bu “qardaşlıq” qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi.
Ən ciddi ittihamlar 2020-ci illə bağlıdır – Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra. Həmin il Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi.
Açıq mənbələrdə yayılan məlumatda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi şübhəsi yaranıb.
İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də açıq mənbələrdə yazılır.
Bu məqamda Əli Həsənovun sərvəti də gündəmdədir. Açıq mənbələrə istinadla, Əli Həsənovun mülklərini təqdim edirik:
Yaşayış kompleksləri
1. Bakı şəhərində “Dostluq V” yaşayış kompleksi (7 blok, 18 mərtəbə)
2. Bakı şəhərində “Evrostroy SS” yaşayış kompleksi – 12 bloklu 16 mərtəbələrdən ibarət olan 2 kompleks
3. Bakı şəhərində “Rahatlığın məkanı”– “Gold” yaşayış kompleksi - 25 blok
4. Bakı şəhərində “Araz 2011” yaşayış kompleksi
5. Bakı şəhərində H.Əliyev prospektində 6 bloklu yaşayış kompleksi
6. Bakı şəhərinin Nərimanov rayonunda, “Çanaqqala” restoranı ilə üz-üzə 5 bloklu bina
7. Bakı şəhərinin Ceyhun Hacıbəyli küçəsində “Araz” İnşaat tərəfindən tikilən yaşayış kompleksi
Obyekt olaraq tikilərək icarəyə verilmiş daşınmaz əmlaklar
1. Nərimanov rayonunda, Ağa Nemətulla küçəsində 5 ədəd qeyri-yaşayış sahəsi, hər biri 3-5 min kv.m
2. Nərimanov rayonu Atatürk prospekti 6-8 ünvanında “Araz” şirkətinin yerləşdiyi 2 mərtəbəli ofis binası
3. Ziya Bünyadov prospektində 31 ədəd qeyri-yaşayış sahəsi (Beton zavod, mağazalar və s.)
4. Köhnə erməni qəbiristanlığı ərazisində 3 mini futbol stadionu
5. Nərimanov rayonunda, İqtisad Universitetinin korpusu ilə üz-üzə 10 000 kv.m ərazisi olan “Avto-Qalereya”
6. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 4 ədəd obyekt (“Hilal Elektrik” binası və yanındakı 3 bina)
7. Nərimanov rayonu, Təbriz küçəsində 3 qeyri-yaşayış sahəsi
8. Azadlıq prospektində inşa edilmiş otel binası
Restoranlar
1. Fəvvarələr meydanında “Cook Zone” restoranı
2. “Park Bulvar” və “Metroparkda” “Big Chef” və “Fast food” restoranlar şəbəkəsi
3. Nərimanov rayonu, Atatürk parkında “Park” restoranı
4. Nərimanov rayonu, Atatürk parkında “Beer House” restoranı
5. Nərimanov rayonu, Atatürk parkında “Garden” restoranı
6. Nərimanov rayonu, Həsən Əliyev küçəsinin Q.Murad küçəsi ilə kəsişməsində 50 sot ərazidə şadlıq evi və gecə klubu kompleksi
7. Nərimanov rayonunda yerləşən hamam kompleksi
8. Nərimanov parkı ərazisində 3 ədəd restoran və oyun attraksionları
Dövlət hesabına tikilərək mənimsənilmiş obyektlər:
1. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 3A ünvanında dövlət hesabına tikilərək mənimsənilmiş 12 000 kv.m qeyri-yaşayış sahəsi
2. Nərimanov rayonu, Heydər Əliyev prospektində dövlət hesabına tikilmiş 5 binada qohumlarının adına yazdırdığı 10 ədəd mənzil (Zamin, Azər, Zahid, Fərasət və digər qohumlar)
Villalar
1. Əhməd Rəcəbli küçəsində “Hilal Elektrik” mağazasının arxasında tikilmiş 3 ədəd 4 mərtəbəli villa
2. İstanbulun lüks səmtində boğaz mənzərəli qəsr (Qiyməti 25 milyon ABŞ dolları)
3. Şamaxıda 4 ədəd villa
4. Novxanıda 2 ədəd villa
5. Nərimanovda, köhnə erməni qəbiristanlığı ərazisində 6 ədəd villa
Zavod
İstanbulda “Mersedes” markalı yük maşınları istehsal edən zavod (dəyəri 120 milyon ABŞ dolları)
Kənd təsərrüfatı
Ramanıda 10 ha ərazidə, 1000 baş heyvanın saxlandığı ferma
Gecə klubu
Nərimanov rayonunda “Las Vegas” gecə klubu
Kiçik obyektlər
1. Nərimanov rayonda 30 ədəd ticarət köşkü və avtoyuma
2. “Nərimanov” metrosu üzərində 4 ədəd qeyri-yaşayış sahəsi
Yekun qeyd: Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin hakimiyyət eşqinə düşməsi mümkündür.
Yəqin ki, istintaq hakimiyyəti zorla ələ keçirməyə çalışan şəxslərin biznes imperiyasının necə idarə edilməsi və kimlərə nələrin göndərildiyini də üzə çıxaracaq.

P.S. Xatırladaq ki, N.Həsənov hazırda Abşeron İH-də yüksək vəzifə tutur. Mia.az xəbər verir ki, onunla icra başçısı Abdin Fərzəliyev arasında nəinki dostluq, eyni zamanda, siyasi və biznes ortaqlığı da var.

Nurlan Həsənov, əslində, kimdir?!

"AMAY"da bir vaxtlar ətrafına topladığı idmançılarla qoçuluq edən, yoxsa, sonradan ildırım sürətiylə varlaşaraq ölkə xaricinə aşan sərvəti ilə ciddi siyasi qrupun dayaqlarından biri?

Hə, onu da qeyd edək ki, yuxarıda siyahıdakı əmlakların bir çoxunun elə məhz Nurlana məxsusluğunu Nərimanovda hamı danışır. Onun mənsub olduğu şəbəkə - "kruq"da daha kimlər var? Onlar nə işlə məşğuldur? 

MİA.AZ-ın bununla bağlı  araşdırmaları olacaq.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Oktyabr 2025 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see221

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see207

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see190

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see164

Türkiyə futbolunu silkələyən mərc oyunları... Klub bəyanat yaydı

27 Oktyabr 2025 20:45see160

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see154

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see151

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see146

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see143

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see140

“Fələstin xalqının sağlamlığı TƏHLÜKƏDƏ KONKRET

28 Oktyabr 2025 00:44see135

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see135

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see134

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see132

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see130

Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır

27 Oktyabr 2025 20:22see128

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see127

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see125

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see123

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri