Icma.az
close
up
RU
Ramiz Mehdiyev YAP ın qərargahını necə ələ keçirib? KONKRET

Ramiz Mehdiyev YAP ın qərargahını necə ələ keçirib? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bir neçə il öncə Tərtərin icra başçısı Müstəqim Məmmədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının köhnə qərargahını özəlləşdirdirərək villaya çevirməsi böyük səs-küy yaratmışdı.

KONKRET.az nocomment-ə istinadla xəbər verir ki, o zaman YAP-ın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirmişdi ki, YAP-n Binəqədi, Yasamal, Xətai və Nərimanov təşkilatlarının da köhnə qərargahları zəbt edilib (yenisabah.az).

“Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır”, – deyə Musa Musayev vurğulamışdı.

Lakin Musa Musayev qərargahların kimlər tərəfindən ələ keçirildiyini açıqlamamışdı. YAP-ın yerli təşkilatlarının rəhbərliyində adətən icra hakimiyyətlərinin vəzifəli şəxsləri təmsil olunur. Bu təsisat YAP-ın Mərkəzi Aparatından daha çox icra hakimiyyətlərinə tabedir. Bu baxımdan ehtimal etmək olar ki, yerli təşkilatların köhnə qərargahları elə icra hakimiyyətləri tərəfindən ələ keçirilir.

Musa Musayevin söylədiklərindən belə anlaşılırdı ki, hakim partiyada da bundan məlumatlıdırlar.

NOCOMMENT.az-a danışan mənbənin iddiasına görə, YAP-ın Yasamal rayon təşkilatının keçmiş qərargahının Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən özəlləşdirilib. Qərargahın bir hissəsində kürəkənin ofisi, digər hissəsində isə onun həyat yoldaşı, Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın “FACE” adlı gözəllik salonu yerləşir.

NOCOMMENT.az-ın bu iddianı dəqiqləşdirmək istəsə də, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla və YAP Mərkəzi Aparatının informasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli ilə əlaqə saxlamaq cəhdləri heç bir nəticə verməyib.

  
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri