Icma.az
close
up
RU
“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” Novella Cəfəroğlu

“Ramiz Mehdiyevi incitsələr, onu müdafiə edəcəyəm” Novella Cəfəroğlu

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Bəs hüquq müdafiəçilərindən kimlər Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmağı və evinə gedib baş çəkməyi düşünür?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-un sualına cavab olaraq bildirib:

“Ramiz Mehdiyevin vəziyyəti ilə maraqlanmıram. Onun vəziyyəti, yaşayışı, kim onunla əvvəllər yaxın dost olub, kimə deputat mandatı verib, kimə ev və ya villa verib – getsinlər, onlar maraqlansınlar. Mən doğrudan da onunla maraqlanmıram. Üstəlik, onu yaxından tanımıram; nə görüşmüşəm, nə də danışmışam əvvəllər. Yalnız mediadan eşidirdim ki, hansı işlərlə məşğuldur.

Amma onun komandasından olan Əli Həsənovla danışmışam, görüşmüşəm. Ramiz Mehdiyevin nə pisliyini, nə də yaxşılığını görmüşəm. Mən ümumiyyətlə “vurulan” adamın – lap mənim qatı düşmənim olsun – onun arxasınca danışmamışam. Amma əgər Ramiz Mehdiyev dövlət çevrilişi etmək istəyibsə, bunu heç kəsə bağışlamaram. Çünki biz öz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü yenicə qazanmışıq. Ona görə də kimsə çalışır ki, kiminsə əli ilə ölkədə çevriliş etsin – o, mənim qatı düşmənimdir!

Bir də ki, bu o demək deyil ki, hüquq müdafiəçisi hər kəsi müdafiə etməlidir. Amma ola bilər ki, Ramiz Mehdiyev həbsxanaya düşsün və orada ona münasibət pis olsun, məsələn, həkimə müraciət edilməsin, xəstəxanaya aparılmasın; o halda müdafiə edərəm. Amma indiki halda qətiyyən!”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri