Icma.az
close
up
RU
Ramiz Mehdiyevin ailə klinikası olan “German Hospital”da QANUN POZUNTULARI

Ramiz Mehdiyevin ailə klinikası olan “German Hospital”da QANUN POZUNTULARI

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ramiz Mehdiyevin ittiham olunduğu 193-1.3.2-ci maddəsi sübuta yetirilərsə, onun sahib olduğu əmlakların müsadirəsi qanunauyğun olaraq qaçılmaz olacaq.
Bu baxımdan, Ramiz Mehdiyevin və ya onun ailə üzvlərinin mülkiyyətində olduğu iddia edilən obyektlərin aqibəti də hüquqi müzakirəyə açıqdır. Belə mülklər arasında "German Hospital" xüsusi yer tutur.
Ramiz Mehdiyevin "German Hospital"la real əlaqəsi?

Araşdırmalarımıza əsasən “German Hospital” Ramiz Mehdiyevin ailə üzvlərinə, xüsusilə də kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur. Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin hazırda "German Hospital” adı altında fəaliyyət göstərən Astoriya Tibb Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
 

Qeyd edək ki, İlham Əliyevin hazırda "Qala-R.L” MTK, "NLT” MMC, "Premium Store” MMC, "Servis” Mənzil-Tikinti Kooperativi, "E&S” MMC, "Aqua Safe”, "Dry Tech”, "Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.


Adı qalmaqallarda çəkilən “German hospital”
Bakı şəhərində fəaliyyət göstərən “German Hospital” son illərdə bir sıra qalmaqallarla gündəmə gəlib. Müxtəlif şəxslərin, o cümlədən məşhurların bu klinikadan şikayət etməsi, ictimai narazılıq dalğasını formalaşdırıb. Klinikaya qarşı yönələn iddialar arasında həkim səhlənkarlığı, gigiyenik qaydaların pozulması, müalicə zamanı ölüm halları, analiz nəticələrinin təqdim edilməməsi, hətta əməliyyat zamanı doğum günü qeyd edilməsi kimi hallar mövcuddur.
Məşhur müğənni Roza Zərgərli bu klinikada əməliyyat zamanı səhlənkarlıq nəticəsində daxili orqanlarının zədələndiyini iddia edib. Əkiz uşaqların ölümü ilə bağlı valideynlərin şikayətləri isə ictimaiyyətdə dərin rezonans doğurub.
 

Yusif Sadiyev adlı vətəndaş 2018-ci ildə, "German Hospital”da əkiz uşaqlarının dünyaya gəldiyini deyib. Əvvəlcə Hospitaldan doğulan uşaqların yaxşı olduğu bildirilib. Lakin, ailəyə uşaqlarla bağlı analizin cavabı göstərilməyib. 3 gün sonra isə həkimlər uşaqlardan birinin ölü doğulduğunu deyib.


Başqa bir şikayətçi, paytaxt sakini Türkan Bayramova ötən ilin aprelində yerli mətbuata bildirib ki, "German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Şikayətçinin iddiasına görə ana olmaq imkanından məhrum olunub və sağlamlığıma ağır zərər vurulub.
Digər bir şikayətçi isə Vüsal Zeynalovdur. O, "German Hospital”ın qarşısında canlı yayım açaraq göz görə-görə həyat yoldaşının bu hospitalda ölümə sürükləndiyini deyib.
 

Ən səs-küylü hadisələrdən biri isə bu ilin əvvəlində baş verdi. Belə ki, əməliyyat otağında bir həkimin doğum gününün qeyd edilməsi və bunun video şəklində sosial mediada yayılması gigiyena standartlarının ciddi şəkildə pozulması kimi qiymətləndirildi.


Araşdırmalardan belə qənaətə gəlmək olur ki, adı daim qalmaqalarda və vergi borclarında hallanan, eləcə də ailə biznesi kimi qanunazidd fəaliyyəti ilə tanınan “German Hospital”ın gələcək aqibəti də sual altındadır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri