Icma.az
close
up
RU
Ramiz Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: Bir kəlmə də deməyəcəyəm”

Ramiz Mehdiyevin qızı atası haqda suala sualla cavab verdi: Bir kəlmə də deməyəcəyəm”

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ötən axşamdan bəri müxtəlif şəxslər məsələ ilə bağlı açıqlama və şərhlər verirlər. Lakin Ramiz Mehdiyev, ailə üzvləri və yaxınları qərara münasibət bildirmirlər, akademikin ittihamları qəbul edib-etmədiyi də məlum deyil.

Mia.az-ın məlumatına əsasən, “Yeni Sabah” məsələ ilə bağlı R.Mehdiyevin qızı, Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva ilə əlaqə saxlayıb. 

Saytın ona ünvanladığı suallar atasının hazırkı vəziyyəti, harada olması və ittihamları qəbul edib-etməməsi barədə olub.

K.Əliyeva sualları dinlədikdən sonra deyib: “Əvvəlcə deyin görüm, mənim nömrəmi sizə kim verib? Siz nə haqla məni narahat edirsiniz? Mən bu haqda heç nə danışmaq istəmirəm və bir kəlmə də deməyəcəyəm”.

Akademikin qızı bunları dedikdən sonra söhbəti yekunlaşdırıb və telefonu bağlayıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see312

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see207

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see203

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see191

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see160

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see160

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see153

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see146

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see134

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see133

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see133

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see131

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see130

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see126

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see120

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see120

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri