Icma.az
close
up
RU
Ramiz Mehdiyevin qızı:”Atam verdiyi qovluğu açanda stress keçirdim” ÖZƏL

Ramiz Mehdiyevin qızı:”Atam verdiyi qovluğu açanda stress keçirdim” ÖZƏL

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindirilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsində atası və onun fəaliyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Belə ki, Kamilə Əliyeva ifadəsində atasının evində baş verən hadisələr, ona təqdim edilən sənəd və Ramiz Mehdiyevin həmin sənədlə bağlı mövqeyi barədə danışıb.

Onun  sözlərinə görə, 2025-ci il oktyabrın 8-də qardaşı Teymur ona zəng edərək atalarının evində nəsə baş verdiyini, bəzi sənədlərin isə evdən aparıldığını bildirib. Bundan sonra o, atasının Abbas Səhhət küçəsində yerləşən evinə gedib.

Kamilə Əliyeva bildirib ki, evdə atası və anası ilə görüşdükdən sonra Ramiz Mehdiyev onunla söhbət etmək istəyib. Bu zaman atası ona Azərbaycan Milli Elmlər Akademiyasının adı yazılmış kağız qovluq təqdim edib:

“Qovluğu açarkən orada yarımçıq yazılmış bir vərəq gördüm.  Yazının xəttindən onun atama məxsus olduğunu anladım. 

Həmin yazıda Azərbaycanda parlamentin zəif olması, korrupsiya halları və vətəndaş müraciətlərinə münasibətlə bağlı tənqidi fikirlər yer almışdım.

Yazını oxuyarkən güclü stress keçirdim deyə sona qədər oxuya bilmədim. Həyat yoldaşım İlham Əliyevə bu barədə danışdım. O da yazılanlarla tanış olduqdan sonra atamdan bu sənədi kiməsə göndərmək niyyətində olub-olmadığını soruşdu”. 

Şahidin ifadəsinə görə, o, atasına həmin vərəqi cırıb atmağı məsləhət görüb. Lakin Ramiz Mehdiyev artıq altı ildir təqaüddə olduğunu və kiməsə məsləhət vermək zərurətinin olmadığını deyib.

Kamilə Əliyeva atasından yazının çap olunub-olunmayacağını da soruşduğunu, lakin bu suala cavab almadığını bildirib:”Bundan sonra atam vərəqi onun əlimdən  alıb. Hadisədən sonra atam iki mənimlə danışmayıb”.

O, həmçinin atasının şəxsi sənədlərini yalnız öz otağında saxladığını və heç kimlə bölüşmədiyini qeyd edib.

Kamilə Əliyeva ifadəsində məlum yazının sonradan hansı taleyi yaşadığı, məhv edilib-edilmədiyi barədə məlumatının olmadığını da bildirib.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri