Icma.az
close
up
RU
Ramiz Rövşənin səsi… və ya gizli məğlubiyyət

Ramiz Rövşənin səsi… və ya gizli məğlubiyyət

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Demək, bu günlərdə qarşıma çıxan bir kadrda Ramiz Rövşən Musa Yaqubun şeirindən bir hissəni səsləndirir… Həqiqətdə sənət baxımından son dərəcə zəif olan həmin şeirin Ramizin səsində (elə Ramizin iştirakı ilə!) necə “pərdələnməsinin”, hətta büsbütün gerçək bədii keyfiyyətinin necəliyini hansı şəkildə gizlətdiyinin BİR DAHA şahidi oluram. Ona görə BİR DAHA ki… mən Ramiz Rövşənin öz şeirlərinin üzərində səsi ilə yaratdığı PSİXOLOJİ MANİPULYASİYAya gözəl bələdəm. Bu, metodoloji faktdır!..

Əslində, Ramiz Rövşənin istedadı, KREATİV GÜCü, novatorluğu… böyük deyil. Sadəcə Ramiz Rövşən istedadının çölündə, sənətdən çox — çox uzaqlarda yazdığıqlarının bədii reallıqlarını səsi ilə ört — basdır edə bilir. Bir dəfə də yazmışdım. Bəzən görürsən ki, birisi (hətta sənəti görə bilən birisi) deyir ki, filan şairin şeirini öz dilindən eşidəsən, dinləyəsən… Bu əksərən psixoloji faktordan qaynaqlanır. Çünki səs — şeir münasibətində çox vaxt səs şeirin bədii mahiyyətini özündə gizlədib, qarşısındakını psixoloji təsirdə saxlayır… saxlamağı bacarır. Təbii ki, müəllifinin rolu ilə. Ramiz Rövşəndə də bu “ədəbi siyasət” yaradıcılığın ana xəttidir, desəm yanılmaram… Adamın səsi mətnlərindən, yazdıqlarından daha çox orijinaldı, ağırdı. Dinləyici (oxucu) sanki mətnin yox, səsin arxasına düşüb gedir. Ona görə də hətta deyərdim ki, son dövrlər Ramizi mətninə görə yox, səsinə görə axtarırlar.

Məhz bu baxımdan da Ramiz Rövşən mətninin, yazdıqlarının müəllifi olmaqdan çox, səsinin müəllifidir. Məsələn: “Məni saymayanı mən də saymadım, Artdı gündən-günə saymadıqlarım. Sən mənim başıma ağıl qoymadın, Onların başına ağıl qoy barı”. Yaxşı, gəlin görək, Ramizin Allaha xitabən yazdığı bu şeirdə sənəti, ədəbiyyatı, yaradıcı təfəkkürü… əks etdirəcək nə var? Bu şeiri (kütlə təfəkkürlü oxucu düşüncəsi ilə yox) sənətkar idrakı ilə sənət prizmasından yola çıxıb, əvvəldən axıra qədər kim oxusa, görəcək ki, şeir bəsit, özünəməxsus bədii məziyyəti olmayan, heç bir yaradıcı laboratoriyanın iş prinsipini əks etdirməyən bir yazıdır – sadəcə ahəngli bir “söz toplusu”dur. Amma Ramiz Rövşənin öz səsində məlum şeiri dinləyib, görürsən ki… adamın səsi şeirdə sanki qala divara dönür… və hər kəs də o divarı aşıb, şeirin daxili potensialının necəliyini görə bilmir. Doğrudur, mənim kimi səsin ecazına düşməyib mətnin fərqində olanlar da az deyil. Amma bir fakt var ki, Ramiz ədəbiyyat adı altında bir zalı bu şeirlə “aldada” bilir… bilib.

Bəlkə də Ramiz Rövşənin ən çox “qorxduğu” yer ağ vərəqlərdi. Axı, ağ vərəqlər səsləri qəbul etmir… və Tanrının (hətta Ramizin!) “Ramiz sirri” açılır… yekunda Ramizin şeirlərinin əksəriyyəti ağ vərəqlərin üstündə MƏTNSİZLİKdən “ölür”. Səsdə “dirilib”, vərəqdə “ölən” şeirlər… … Güman edirəm ki, Ramiz Rövşən yeganə adamdır ki… xəlvətdə öz səsinə dua edib, uzun ömür arzulayır.

Emil Rasimoğlu

şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri