Icma.az
close
up
RU
Ramuş Portuqaliyanı İspaniyaya çıxardı

Ramuş Portuqaliyanı İspaniyaya çıxardı

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Portuqaliya millisi futbol üzrə 2026-cı il dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb. Roberto Martinesin komandası 1/16 finalda Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Torontoda keçirilən qarşılaşma uzun müddət Xorvatiyanın ssenarisi üzrə gedib. Ehtiyatlı keçən ilk hissədən sonra Balkan təmsilçisi fəallığını artırıb və 53-cü dəqiqədə hesabı açıb. İvan Perişiç cərimə meydançasında topu qəbul etdikdən sonra dəqiq zərbə ilə komandasını önə çıxarıb – 1:0.

Portuqaliya cavabı dərhal verə bilməyib. Əvvəlcə Kriştianu Ronaldunun qolu ofsayd səbəbindən qeydə alınmayıb. Daha sonra VAR müdaxiləsindən sonra hakim Renato Veyqaya qarşı qayda pozuntusunu müəyyən edərək penalti təyin edib. Ronaldu 68-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1. Bu qol 41 yaşlı kapitanın dünya çempionatlarının pley-off mərhələsində vurduğu ilk qol kimi tarixə düşüb.

Matçın sonu əsl futbol trillerinə çevrilib. Xorvatiya oyunu əlavə vaxta daşımağa çox yaxın olsa da, 90+4-cü dəqiqədə Rafael Leaunun sol cinahdan etdiyi dəqiq ötürməni meydana sonradan daxil olan Qonsalu Ramuş baş zərbəsi ilə qola çevirərək Portuqaliyaya qələbə qazandırıb – 2:1.

Bununla da dramatik anlar bitməyib. Ardınca Yoşko Qvardiol topu qapıdan keçirsə də, uzun VAR yoxlamasından sonra qol ofsayd səbəbindən ləğv olunub. Beləliklə, Portuqaliya üstünlüyünü qoruyaraq mundialda mübarizəni davam etdirib.

Portuqaliya 1/8 finalda prinsipial Pireney derbisində İspaniya ilə üz-üzə gələcək. Bu qarşılaşma hazırkı dünya çempionatının ən çox gözlənilən oyunlarından biri hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 İyul 2026 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri