Icma.az
close
up
RU
Raritet avtomobillərin idxalı ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Raritet avtomobillərin idxalı ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalı zamanı vergi və gömrük güzəştlərinin tətbiqi ilə bağlı yeni hüquqi mexanizmlər müəyyən edilib.

Redaktor.az xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində”, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 13 fevral 2026-cı il tarixli 355-VIIQD nömrəli Qanununa əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla idxal edilən nadir (raritet) avtonəqliyyat vasitələrinə vergi və gömrük güzəştləri tətbiq olunur.

Bununla əlaqədar proseslərin vahid qaydada təşkilinin tənzimlənməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən daxili qaydalar - “Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə güzəştli şərtlərlə idxalına dair təsdiqedici sənədin verilməsi Qaydaları” hazırlanıb.

Qaydalara əsasən, Mədəniyyət Nazirliyi yanında yaradılmış Ekspert Komissiyası daxil olan müraciətləri qiymətləndirəcək və avtonəqliyyat vasitələrinin nadir (raritet) meyarlarına uyğunluğu barədə rəy verəcək. Qiymətləndirmə tarixi və mədəni əhəmiyyət, nadirlik (unikallıq), kolleksiya dəyəri, orijinallıq səviyyəsi, texniki vəziyyət və Qaydalarla müəyyən edilmiş digər meyarlar əsasında həyata keçiriləcək.

Yeni mexanizmin tətbiqi nadir (raritet) avtonəqliyyat vasitələrinin qiymətləndirilməsi prosesində şəffaflığın, obyektivliyin və vahid yanaşmanın təmin edilməsinə, habelə yüksək tarixi, texniki və kolleksiya əhəmiyyətinə malik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsinin təşviqinə xidmət edəcək.

Nadir (raritet) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına güzəştli şərtlərlə idxalı üçün təsdiqedici sənəd almaq istəyən şəxslərin elektron müraciətlərinin qəbulu 9 iyul 2026-cı il tarixində saat 14:00-dan etibarən başlanılır. Müraciətlər my.culture.az informasiya resursu vasitəsilə elektron qaydada qəbul edilir. 

Müraciətə baxılma prosesi ilkin sənəd yoxlanılması, Ekspert Komissiyası tərəfindən həyata keçirilən ekspertiza və qiymətləndirmə olmaqla iki mərhələdən ibarətdir. Müraciətin nümunəvi forması, tələb olunan sənədlərin siyahısı və qiymətləndirmə meyarları müvafiq Qaydalarda əks olunub.

Əlavə məlumat üçün Mədəniyyət Nazirliyinin 147 Çağrı Mərkəzinə zəng etmək və ya [email protected] elektron poçt ünvanına müraciət etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyul 2026 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri